RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Müdafiə Nazirliyi Beynəlxalq İnkişaf İdarəsinin direktorunu qəbul edib VİDEO
Bakı, 12 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Fransa Müdafiə Nazirliyinin Beynəlxalq İnkişaf İdarəsinin direktoru Stefan Rebi qəbul edib.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin möhkəmləndirilməsində dövlət başçıları arasında keçirilən görüşlərin önəmi qeyd olundu, müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.