RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev İrana işgüzar səfərə gəlib YENİLƏNİB VİDEO

Tehran, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tehranın Mehrabad hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi İranın iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasian və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin