RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro parlamentinin sədri - ATƏT Parlament Assambleyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro parlamentinin sədri - ATƏT Parlament Assambleyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir   VİDEO

Bakı, 28 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edildi. Prezident İlham Əliyev və Ranko Krivokapiç sessiyada məhsuldar müzakirələrin aparılacağına ümidvar olduqlarını bildirdilər.

Söhbət zamanı Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əlaqələrin əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin