Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Maksim Oreşkin Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Diqqətinizə görə çox sağ olun. Sizi yenidən görməyimə şadam. Xoş gəlmisiniz.

Bu gün biz əməkdaşlığımızın bir ilini bir növ rəsmən başa vururuq. Bu il çox səmərəli və məhsuldar olub. Mənim fikrimcə, bu il biz həm əvvəlki illərdə, həm də bu il nəzərdə tutduqlarımızın hamısına nail olmuşuq. Əlbəttə, bu il münasibətlərimizin davamlı inkişafı həm regional siyasətdə, həm də bütövlükdə çox mühüm amildir. Buna görə əminik ki, gələn il də uğurlu əməkdaşlıq edəcəyik, nəzərdə tutduğumuz planlar, başladığımız layihələr həyata keçiriləcək. Eyni qayda ilə sizin əvvəlki səfəriniz çərçivəsində iri əczaçılıq zavodu açıldı, yeni maşınqayırma zavodunun təməli qoyuldu. Əlbəttə, rəmzi haldır ki, əməkdaşlığımızın bu ilini ölkələrimizi əlaqələndirən körpünün açılışı ilə başa vururuq. Mən bunu çox əlamətdar hadisə hesab edirəm. Ona görə ki, həm sovet dövründə, həm də postsovet illərində Rusiya ilə Azərbaycanı yalnız bir körpü bağlayırdı, hərçənd onu əsl körpü adlandırmaq da olmaz, o körpü çoxdan köhnəlmişdi. Buna görə yeni körpü biznes, qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıq, nəqliyyat dəhlizi üçün yeni qapılar deməkdir. Beləliklə, ilin məhz bu cür əlamətdar hadisə ilə başa çatması çox rəmzi məna daşıyır.

Bu il ərzində əlamətdar hadisələr çox olub - Prezident Vladimir Vladimiroviç Putin və Rusiyanın digər rəhbərləri ilə mənim görüşlərim, rəsmi nümayəndə heyətlərinin səfərləri, iqtisadi, humanitar sahədə əməkdaşlıq. Gələn il də çox mühüm tədbirlər nəzərdə tutulur, o cümlədən Sankt-Peterburqda keçiriləcək mədəniyyət forumunda Azərbaycan əsas qonaq kimi təmsil olunacaq. Bu, çox şərəfli missiyadır. Biz Rusiya tərəfinə minnətdarıq ki, belə bir fəxri qonaq qismində məhz bizim ölkəmiz seçilib. Bu tədbirə hazırlıq ən yaxın vaxtlarda başlanacaq.

Sizi bir daha salamlamaq istərdim. Şadam ki, tez-tez görüşürük. Buna səbəb həm praktiki, həm də mərasim xarakterli tədbirlərin çox olmasıdır. Sizi görməyə bir daha şadam və yeni ildə sizə uğurlar, dost Rusiyaya yeni qələbələr arzu edirəm.

X  X  X

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim OREŞKİN dedi:

-Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Mən və həmkarlarım doğum gününüz münasibətilə Sizi bir daha təbrik edirik. Bu gün çox gözəl gündür. Biz gələndə hava dumanlı idi. İndi isə göy qübbəsi altında mavi səma görünür. Bu, çox yaxşı əlamətdir.

Biz hər dəfə Azərbaycana gəlməyə sevinirik. Həqiqətən indi bizim həyata keçirdiyimiz, məntiqi sonluğa çatdırdığımız layihələrin sayı get-gedə artır. Bu, çox yaxşı haldır. Ona görə ki, hər bir belə layihə ölkələrimizi daha da yaxınlaşdırır, iqtisadiyyatımız daha fəal artır, insanların rifahı yaxşılaşır. Buna görə biz bu məqsədlərə istiqamətlənmişik və bu yöndə işləyirik. Biz hər addımda yeni layihələr düşünüb tapmağa çalışırıq, onlar həqiqətən bizim irəliləməyimizə kömək edir. Məsələn, indicə həmkarlarımızla maliyyə məsələsi ilə bağlı bir məqamı müzakirə edirdik. Baxarıq, ola bilsin bu istiqamətdə işləyəcəyik. Rusiyada “Mir” adlanan bir ödəmə sistemi var. Bizim türkiyəli həmkarlarımız bu sistemi öz bazarlarında tətbiq edirlər. Bu, Türkiyəyə gedən rusiyalı turistlər üçün çox münasibdir. Siz bizim qarşımızda turist mübadiləsini inkişaf etdirmək vəzifəsini qoymusunuz. Biz bu göstəricini milyona çatdırmağa çalışırıq. Həqiqətən, turistlərin ölkələrimiz arasında gediş-gəlişi nə qədər sadə, rahat olsa, turist axını bir o qədər çox olacaq. Biz həmkarlarımızla razılığa gəlmişik ki, bu məsələni araşdıraq, həmin sistemin Azərbaycanda tətbiq edilməsinin nə dərəcədə mümkün olmasını aydınlaşdıraq. Buna görə daha fəal işləməyə hazırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

TÜRKPA komissiyasının 12-ci iclasında türk dövlətləri arasında təhsil əməkdaşlığı müzakirə olunub

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib

IX “Florida Keys” beynəlxalq musiqi müsabiqəsi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilib

508 və 521 nömrəli marşrutların hərəkət istiqaməti dəyişdirilir

Azərbaycan Aktauda keçirilən beynəlxalq forumda təmsil olunub

Xocasəndə taxta sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB

AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib

Füzuliyə dolu yağıb

Azərbaycan Prezidentinin Zirvə toplantısında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun təzahürüdür VİDEO

Azərbaycan Prezidentinin Zirvə toplantısında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun təzahürüdür VİDEO

Gənclər arasında “Legal Ring” intellektual yarışı keçirilib

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

Şahdağda qar yağır – FAKTİKİ HAVA

® “Umico” kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: Komissiyasız alış-veriş imkanı

Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və sərgisi keçiriləcək

ADU ilə Siena Əcnəbilər Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

Vyetnam və Azərbaycan şirkətləri arasında potensial layihələrin stimullaşdırılması müzakirə olunub

3x3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”nda 2-ci mərhələnin qalibi bəlli olub

“İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinə qeydiyyat başlayıb

AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub

Astanada Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə olunub

Xaçmazda özünüməşğulluq proqramı üzrə yaradılmış təsərrüfatlara, reabilitasiya və günərzi qayğı mərkəzlərinə baxış olub

BMU-da Abşeron rayon məktəbliləri ilə görüş keçirilib

“Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

"Sumqayıt"ın kapitanı futbolçu karyerasını başa vurur

Ukraynanın müdafiə naziri: Kiyev cəbhədə atəşkəs rejiminin tam və qeyd-şərtsiz tətbiqinə hazırdır

Aktau limanında yeni konteyner qovşağının inşası müzakirə olunub

UFC-nin şöhrət zalının üzvü Bakıya gələcək

Büdcə daxilolmaları: Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun payına düşüb VİDEO

Büdcə daxilolmaları: Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun payına düşüb VİDEO

Andrey Yermak: Rusiya bu gün Ukrayna ilə aparılan danışıqları 2022-ci ilə bağlamağa çalışır

Azərbaycan "Russia Halal Expo 2025" sərgisində təmsil olunur

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şabranda vətəndaşların müraciətlərini dinləyib

® EBRD və “Unibank” Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək

Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir

Azərbaycanın FIFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb

Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti İspaniyada keçirilən beynəlxalq konfransda iştirak edir

Ədəbiyyat İnstitutunda yubiley tədbirlərinə hazırlıq məsələləri müzakirə olunub

Tramp İrana nüvə sazişi ilə bağlı təklif verildiyini təsdiqləyib

Donald Tramp: “Biz Putinlə görüşməliyik”

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə bu ilin yanvar-aprel aylarının yekununa dair məlumat açıqlanıb

Milli Marketinq Forumunda azad olunmuş ərazilərə qayıdışla bağlı məlumat verilib VİDEO

Milli Marketinq Forumunda azad olunmuş ərazilərə qayıdışla bağlı məlumat verilib VİDEO

VI Beynəlxalq səyahət və turizm dinamikası konfransının açılış mərasimi keçirilib

“Araz Vadisi İqtisadi Zonası”na yatırılan investisiyaların gələcəkdə daha da artırılacağı proqnozlaşdırılır VİDEO

“Araz Vadisi İqtisadi Zonası”na yatırılan investisiyaların gələcəkdə daha da artırılacağı proqnozlaşdırılır VİDEO

Kişineu Avropa audiovizual media tənzimləyicilərinin platforması olan EPRA-nın 61-ci Toplantısı keçirilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib VİDEO

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib VİDEO

Qəbələnin hotel və mehmanxanaları dörd ayda 26 minə yaxın turistə xidmət göstərib

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Tacikistanın Əlilliyi Olan Şəxslər Milli İttifaqının sədri Əsədulla Zikrixudoyev VİDEO

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Tacikistanın Əlilliyi Olan Şəxslər Milli İttifaqının sədri Əsədulla Zikrixudoyev VİDEO

Hakan Fidan Kiyevi və Moskvanı sülh şansından istifadə etməyə çağırıb

İdarə rəsmisi: Bakıda təmirlə əlaqədar hərəkətin məhdudlaşdırıldığı yollarda polis əməkdaşları tərəfindən xidmət təşkil edilir

Son dörd ayda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı faktların sayı azalıb

Azərbaycan dili imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Qaxda yeni cüdo zalının açılışı olub

Energetika naziri Ağstafada vətəndaşlarla görüşüb

Azərbaycan və Özbəkistanın əqli mülkiyyət qurumlarının birgə tədbiri keçirilib

Bu ilin yanvar-aprel aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1499 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Çinin ekoloji cəhətdən daha təmiz ən iri avtomobildaşıyan gəmisi ilk səfərinə başlayıb VİDEO

Çinin ekoloji cəhətdən daha təmiz ən iri avtomobildaşıyan gəmisi ilk səfərinə başlayıb VİDEO

Azərbaycan və Türkiyənin gənc iş adamları əməkdaşlıq imkanlarını müzakirə ediblər

Son dörd ayda 2 ton 593 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kirayə mənzil fonduna daha 157 mənzil əlavə olunub

Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Naxçıvanda ÜDM istehsalı 1,3 faiz artıb

Muxtar Babayev: Qlobal hədəflər çərçivəsində dağ ekosistemləri üçün uyğunlaşma göstəricilərinin razılaşdırılması üzərində işləyirik

Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub

“Dayanıqlı iqtisadiyyatda rəqabətin rolu” mövzusunda tədbir keçirilir VİDEO

“Dayanıqlı iqtisadiyyatda rəqabətin rolu” mövzusunda tədbir keçirilir VİDEO

Melaniya Trampın Sloveniyadakı bürünc heykəli oğurlanıb

“Fənərbağça” və “Qalatasaray” "Real Madrid"in qapıçısını transfer etmək istəyir

Elmi jurnalların nüfuzunun artırılması məqsədilə pilot layihəyə start verilib

Teymur Musayev: Plastik cərrahların peşə fəaliyyəti ilə bağlı məsələ qanun çərçivəsində öz həllini tapıb

UNEC-də “Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” mövzusunda konfrans işə başlayıb

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşların müraciətlərini dinləyib

Babək prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

“British Airways” 3,2 milyon funt sterlinq məbləğində cərimələnib

Almaniyanın daxili işlər naziri miqrasiya siyasətinin daha da sərtləşdiriləcəyini bildirib

Naxçıvanda son 2 ildə 3500-ə yaxın yeni iş yeri açılıb VİDEO

Naxçıvanda son 2 ildə 3500-ə yaxın yeni iş yeri açılıb VİDEO

Nazir: Səhiyyə Nazirliyi 65 yaşına çatanların fəaliyyət müddətini mütəmadi olaraq uzadır

Maqsud İbrahimbəyovun 90 illik yubileyi qeyd edilib

Dövlət Xidmətinin rəisi Tərtərdə vətəndaşların müraciətlərini dinləyib

Beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabatı məhkəmədə nümayiş olunub

İordaniyada “Qərbi Azərbaycan mədəniyyəti” sərgisi və elmi-praktiki konfrans təşkil olunub

İngiltərədə keçmiş hərbi bazada çıxan yanğında iki yanğınsöndürən və bir mülki şəxs həyatını itirib

Ukrayna münaqişənin həlli üçün ilkin şərtlərini açıqlayıb

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Plastik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılır

Nepal sammiti: Azərbaycan iqlim dəyişmələri üzrə tədbirlərin beynəlxalq gündəlikdə yüksək səviyyəsinin təmin edilməsində öz roluna sadiqdir

Avropa İttifaqı bu ilin ilk rübündə Rusiyadan qaz alışını 28 faiz artırıb

Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB  VİDEO

Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB VİDEO

Ali Məhkəmə quldurluq və soyğunçuluq cinayətləri ilə bağlı yeni qərar qəbul edib

“Caspian Agro-2025” sərgisi çərçivəsində Aqronomların I Forumu keçirilib

Çinin yarımkeçiricilər konqlomeratının sabiq rəhbəri ölüm cəzasına məhkum edilib

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə “CARCAS” Xəzəryanı ölkələrin Aqrar Tədqiqatlar Mərkəzi arasında memorandum imzalanıb

İngiltərəli tanınmış futbolçu “Beşiktaş”dan ayrılır

Teymur Musayev: Davamlı peşəkar inkişaf konsepsiyasının tətbiqi ilə tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmaları üçün imkanları genişlənəcək VİDEO

Teymur Musayev: Davamlı peşəkar inkişaf konsepsiyasının tətbiqi ilə tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmaları üçün imkanları genişlənəcək VİDEO

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə beynəlxalq reytinqdə irəliləyib

Rektor: BMU aqrar sahədə texnoloji təşəbbüslərə elmi dəstək verməyə hazırdır

Səhiyyə naziri: Sertifikasiya imtahanından keçməyən işçinin 6 ay müddətində iş yeri ilə yanaşı, aylıq vəzifə maaşının saxlanılması təklif olunur VİDEO

Səhiyyə naziri: Sertifikasiya imtahanından keçməyən işçinin 6 ay müddətində iş yeri ilə yanaşı, aylıq vəzifə maaşının saxlanılması təklif olunur VİDEO

Vəkillər penitensiar müəssisələrdə məhkumlara hüquqi yardım göstəriblər