Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli cənab nazir, sizi yenidən Azərbaycanda görməyimə şadam. Mən sizinlə əvvəlki görüşümüzü xatırlayıram. Təqribən bir il bundan əvvəl siz bizim ölkəmizə gəlmişdiniz. O vaxt Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilirdi. Bu gün Bakıda Ordu Oyunlarının bir hissəsi olan “Dəniz Kuboku” yarışı açılır. Bildiyiniz kimi, Azərbaycan ənənəvi olaraq Ordu Oyunlarında iştirak edir və ənənəvi olaraq “Dəniz Kuboku” yarışlarına ev sahibliyi edir. Düşünürəm ki, bu yarışlar bundan sonra da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Ordu Oyunlarının təşəbbüskarı Rusiyadır və əsas yarışlar da Rusiya ərazisində keçirilir. Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır. Bu məsələlər bizim dövlətlərarası münasibətlərimizin çox geniş gündəliyinin tərkib hissəsidir.

Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik. Sabah Azərbaycanın Xarici İşlər nazirinin Rusiya Federasiyasına rəsmi səfəri başlanır. Əminəm ki, xarici siyasət idarələrinin rəhbərləri arasında aparılacaq müzakirələr faydalı olacaq. Onlar münasibətlərimizdə yaranmış dinamikanı, habelə əlaqələrimizin inkişaf perspektivlərini müzakirə edəcəklər. Bir sözlə, dialoq gedir və şadam ki, siz yenə bizə gəlmisiniz. Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm.

Rusiyanın Müdafiə naziri Sergey ŞOYQU dedi:

-Sağ olun, hörmətli cənab Prezident. Mənim üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Burada prezidentlərə məruzə etməli, müzakirə olunmalı məsələlər var. Bütün dünyanı bürümüş pandemiya təəssüf ki, bizim əməkdaşlıq planlarımıza da təsir göstərir. Lakin mən əminəm ki, bu gün mənim həmkarım, Azərbaycanın Müdafiə naziri ilə pandemiya ucbatından gerçəkləşdirə bilmədiyimiz məsələlərin əvəzini necə çıxmağı və bu gün mövcud olan qrafikə və rejimə necə daxil olmağı müzakirə edəcəyik.

Dünən Azərbaycan heyəti start götürdü. Biz onu müşahidə edirdik. Heyət heç də pis start götürmədi. Mən tank biatlonunu nəzərdə tuturam. Azərbaycan komandası qalan yarışlarda da kifayət qədər yaxşı çıxış edir. Mən bu komandaya uğurlar arzu edirəm. Əlbəttə, bu tədbirlər və keçirilən sərgi dünyada geniş işıqlandırılır. Onu da qeyd etməmək olmaz ki, bizim bu sərgidə göstərdiklərimiz bu gün üçün ən müasir silahlardır. Bu gün biz mənim həmkarımla bunu da müzakirə edəcəyik. Ümidvaram ki, əldən çıxmış fürsətləri orada bərpa etmək imkanı olacaq. Digər tərəfdən bizi sevindirməyə bilməz ki, Azərbaycan və onun komandası ənənəvi olaraq Xəzərdə keçirilən yarışlara ev sahibliyi edir. Bu yarışlar həmişə yüksək səviyyədə keçirilir. Ona görə ki, burada ənənəvi qonaqpərvərlik və bu yarışların təşkili, əlbəttə, ən yüksək səviyyədədir. Əvvəllər bu yarışlar on ölkədə keçirilirdi, lakin təəssüf ki, pandemiya səbəbindən ölkələrin sayı beşə enib. Xoşbəxtlikdən, Azərbaycan bu beşlikdə qalıb. Sağ olun ki, bizimlə görüşməyə vaxt və imkan tapmısınız.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB  VİDEO

Ovlanmış heyvan və quşlar xəstəliklərin daşıyıcısı ola bilərmi?

UNEC ilə İstanbul Haliç Universiteti əməkdaşlıq edəcək

Beynəlxalq tədbirdə Qərbi azərbaycanlıların qayıdış hüququ barədə danışılıb

Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb

Ağalıda işəgötürənlərlə görüş keçirilib

Gəncə Dövlət Universitetində mediasiya ilə bağlı maarifləndirici tədbir təşkil olunub

İsveç Ukraynaya 134 milyon dollarlıq yeni yardım ayıracaq

“Azərkosmos” COP28-də Azərbaycana məxsus milli pavilyonda panel müzakirəsi ilə çıxış edib

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər

Parisin Luvr muzeyi biletlərin qiymətini qaldıracaq

Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndərin misilsiz əməyi, düşünülmüş strategiyası dayanır – RƏY

“Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” - kitab təqdimatı

Yaponiya səfirliyinin nümayəndəsi ilə avtomobil yollarının tikintisi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb

Dekabrın 4-dən 10-dək Azərbaycanda COVID-19 əleyhinə 24 doza vaksin vurulub

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 17 yoluxma faktı qeydə alınıb

BDU-da “Praktik hüquqşünaslara insan hüquqlarının tədrisi üzrə Avropa proqramı”na dair təlim

Aleksander Çeferinin UEFA-ya rəhbərlik müddəti uzadıla bilər

Bərdədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Baş Prokurorluğun nümayəndələri Ankarada keçirilən konfransda iştirak ediblər

Abşeronda “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində maarifləndirmə tədbirləri keçirilib

Qida və yem məhsullarının, qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı ilə bağlı qaydalar təsdiq olunub

“Ulu Öndər hər addımımda” fotomüsabiqəsinə start verilib

Neft və Sənaye Universiteti tələbələrinin 72-ci elmi-texniki konfransı

“İntellektual Klubların IV Gənclər Liqası”nın qalibləri məlum olub

Ümummilli Liderin dövlətçiliyə töhfələrindən biri müstəqil məhkəmə hakimiyyətinin yaradılması olub - RƏY

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri tədqiq olunur

İtaliya qəzeti Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən yazıb

“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib

“Silk Way West Airlines” öz donanmasını və yükdaşıma qabiliyyətini genişləndirir ®

UNEC ilə Çin universiteti arasında memorandum imzalanıb

Bakı Qida və Kənd Təsərrüfatı Forumuna ev sahibliyi edəcək

Miqrasiya orqanlarına qəbul imtаhаnının nəticələri açıqlanıb

Marneulidə ustad aşığın xatirəsi anılıb

“INNOLAND”də “Brain Game” intellektual oyun hakatonu keçirilib

Qusarda mikroavtobus aşıb, yaralananlar var

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək

Rusiyalı senator Azərbaycana səfərinə yekun vurub

“YES” Mükafatına müraciətlərin qəbuluna başlanılıb

Bu gün Beynəlxalq Dağlar Günüdür

Baş Prokurorluq: Qanunsuz ağac kəsilməsi nəticəsində təbiətə 26 min manatdan çox ziyan vurulub

BDU-nun İslam Əməkdaşlıq Təşkilatı Modeli klubunun məlumat sessiyası

Sabah Bətəlqeyzə ulduzu tutulacaq

AzMİU tələbələri Türkiyə universitetlərində elmi tədqiqatlara cəlb olunacaqlar

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Tarix Muzeyində antik dövrə aid saxsı küp qorunur

Quba sakininə məxsus iribuynuzlu heyvanların tələf olması səbəbi araşdırılır

Mədəniyyət Nazirliyində türkiyəli tanınmış kinorejissor və ssenaristlə görüş olub

® “Veysəloğlu”da vəzifə dəyişikliyi olub

Azərbaycanın voleybol millisi Ukrayna və Polşa yığmaları ilə eyni qrupa düşüb

Bakıdakı Rus evində “Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə töhfəsi” mövzusunda leksiya olacaq

Azərbaycan və Oman XİN-ləri arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

AZƏRTAC-ın “Heydər Əliyev Azərbaycandır!” ikihissəli filmi yenidən İctimai TV-nin ekranında VİDEO

“Heydər Əliyev və azərbaycançılıq ideyası”- elmi sessiya

Qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BDU-nun “SABAH” qruplarının tələbəsi və məzunu Beynəlxalq Tələbə İnternet Olimpiadasında qalib olub

Ölkəmizin irəli sürdüyü təkliflər regionda sabitliyin əldə olunmasına böyük töhfələr verir - RƏY

® “Kapital Bank” daha 9 vətəndaşın özünüməşğulluğuna dəstək oldu

“MilliNet 2023” müsabiqəsində yekun səsvermə başa çatıb

Azərbaycan diasporunun üzvləri Çingiz Aytmatova həsr olunmuş tədbirdə iştirak ediblər

“Heydər Əliyev və Azərbaycan dili” - tədbir

® “AccessBank” tender elan edir

Heydər Əliyevin ədəbiyyat təlimi və müasir dövr

Bələdiyyədə yaranan qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

Piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb VİDEO

İran XİN: Tehran Azərbaycanın və Ermənistanın girovların azad edilməsi haqqında birgə açıqlamasını alqışlayır

Novxanıda “Sərhədçi” Atçılıq Mərkəzinin yeni istifadəyə verilmiş qərargah binasının açılışı olub

Külli miqdarda pirotexniki vasitələrin topdan satışını həyata keçirən şəxs saxlanılıb VİDEO

Tanınmış hakim: Əliyar Ağayev “Srvena Zvezda” - “Mançester Siti” oyunundan da üzüağ çıxacaq

İranlı nazir: Rəşt-Astara dəmir yolu üç dövlət üçün böyük əhəmiyyət daşıyır

Türk dövlətlərinin media sahəsində əməkdaşlığının gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb

Qazaxıstan Bakı limanı ilə neft ixracını 6 dəfə artırıb

Naxçıvanda Qərbi Azərbaycana həsr olunan rəsm sərgisi açılıb

Baş Prokurorluq Binədə baş vermiş intihar hadisəsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib

Xəzər dənizində zəlzələ olub

Çində bu il rekord miqdarda taxıl istehsal edilib

COP28-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə məlumat verilib

Bakı yollarının 65 yaşlı “dəmir brilyant”ı – FOTOLAR

Rəsədxana: Geomaqnit sahəsinin qeyri-sabit olacağı gözlənilir

COP28: İqlim “məhkumluğu”na qarşı mübarizə üçün ərzaq sisteminin dəyişdirilməsi planı

Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi olması üçün bütün zəruri addımları atdı

XƏBƏRDARLIQ: Dekabrın 14-ü gündüzədək hava qeyri-sabit olacaq

Yaponların 40,5 faizi Fumio Kişidanın Baş nazir postundan getməsini istəyir

Qərbi Azərbaycan kəndləri – Cəfərabad

İtaliyada iki sərnişin qatarı toqquşub: 17 nəfər yaralanıb VİDEO

Ötən həftə 533 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Prezident İlham Əliyevin Serbiyada interkonnektorun açılışında çıxışı Azərbaycanın bərpaolunan enerjiyə keçidinin anonsu idi - ŞƏRH

Azərbaycan vəkilləri beynəlxalq futbol turnirinin qalibi olublar

Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu təxminən 95 faizdir

® “AccessBank” əsginaz qəbulediciyə dair tender elan edir

Lökbatan qəsəbəsində küçə təmir edilir VİDEO

Başqırdıstan Azərbaycana 500 ton buğda göndərib

Bəzi bölgələrdə yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir

Mütəxəssis: Qızılcanın xüsusi müalicəsi yoxdur

Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib

İcma: Ermənistan əgər sülhdə maraqlıdırsa, Azərbaycana qarşı yönəlmiş təxribatçı addımların qarşısını almalıdır

Arif Əsədov: “Qarabağ”ın qələbəsi təəccüblü deyil, “Səbail”in məğlubiyyəti isə gözlənilən idi

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 126 min şəxsə 322 min xidmət göstərilib

Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmirinə 400 min manat ayrılıb

İmişlidə sənədli teatr-verbatim janrında tamaşa nümayiş etdirilib