Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Sergey Viktoroviç, sizi yenidən görməyimə çox şadam. Xoş gəlmisiniz. Elə sizin səfəriniz ərəfəsində həm sizinlə, həm də Rusiya Federasiyasının Prezidenti ilə əvvəlki görüşlərimizi xatırlamışam. Bu ilin əvvəlində Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı start, belə müsbət ahəng, dinamika verdi. Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur. Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb. Əminəm ki, sizin səfəriniz çərçivəsində bu istiqamətdə yeni addımlar atılacaq. Əlamətdar haldır ki, diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində biz görülmüş bütün işlərə müəyyən mənada yekun vurduq və dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının sonrakı istiqamətlərini müəyyən etdik.

Bizim münasibətlər haqqında çox danışmaq olar. Sizinlə bu mövzuda dəfələrlə fikir mübadiləsi aparmışıq. Siyasi münasibətlərin, ali səviyyədə daimi dialoqun, bu il yaxşı dinamika nümayiş etdirən ticari-iqtisadi əlaqələrin, nəqliyyat, energetika sahələrində, təbii ki, humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumu bir daha bildirmək istərdim. Yəni, bizdə sıx qarşılıqlı fəaliyyətin olmadığı sahələri göstərmək daha asandır. Əlbəttə, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək.

Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək.

Müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsini qeyd etmək istərdim. Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş keçirilib. Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib. Düşünürəm ki, bütövlükdə vəziyyətin normallaşması üçün bizim konsepsiya çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq. Əlbəttə, Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik.

Bir daha xoş gəlmisiniz. Vaxtınızı xoş keçirməyi arzu edirəm.

x x x

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edərək dedi:

- Çox sağ olun, hörmətli İlham Heydər oğlu.

İlk növbədə, Sizə Vladimir Putinin ən səmimi salamlarını və ən xoş arzularını çatdırmaq istəyirəm. O da Sizin səfərinizin yekunlarını və ikitərəfli münasibətlərimizin bütün aspektlərini, regional və beynəlxalq gündəliyə dair etimada əsaslanan söhbətlərimizi çox yüksək qiymətləndirir. Əlbəttə, səfərin əsas yekunu qəbul edilmiş sənəd - Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə oldu. Bütövlükdə, həmin sənəd bizim münasibətlərimizin yeni keyfiyyətini, bütün əvvəlki illər ərzində toplanmış müsbət təcrübəni təsbit etdi. Biz iki Prezidentin bu Bəyannaməni icra etmək, onu sektoral şəkildə həyata keçirmək, digər razılaşmaları artıq praktiki səviyyədə reallaşdırmaq barədə tapşırıqlarını yerinə yetirmək əzmindəyik.

Baş nazirlərin müavinləri səviyyəsində hökumətlərarası komissiya fəal işləyir. Sizin dediyiniz kimi, keçən il əmtəə dövriyyəsi rekord səviyyədə - təqribən 3,5 milyard dollar olub. Bu da son hədd deyil, həm hökumətlərimiz, həm də regionlar səviyyəsində yeni planlar var. 70-dən çox region Azərbaycanla əməkdaşlıqda iştirak edir. Mənə dedilər ki, təkcə bu il ərzində Udmurtiya, Başqırdıstan, Perm diyarı və əlbəttə, Azərbaycanla xüsusi münasibətləri olan Həştərxan vilayətinin nümayəndə heyətləri Sizin ölkəyə səfər ediblər.

Diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində də sanballı tədbirlər proqramı həyata keçirilir. İyirmidən çox müxtəlif tədbir planlaşdırılır, onların bir qismi artıq təşkil edilib, qalanları ilin sonunadək keçiriləcək. Bu tədbirlər bizim vətəndaşlar tərəfindən yaxşı qarşılanır. Bu, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə can atmasını, mədəniyyətlərimizin, tarixi yaddaşımızın ümumiliyini vurğulayır. Əlbəttə, biz Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndiririk, Siz də Prezident Putin ilə bu barədə danışmısınız.

Regional problemlərə gəldikdə, biz üç lider tərəfindən 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvarında və noyabrında imzalanmış üç sənədin reallaşmasına hər vasitə ilə kömək etməyə hazırıq. Bizim dəyərləndirməmizə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var. Razılaşdırılmalı məsələləri biz Ermənistan tərəfi ilə müzakirə edirik. Mənə belə gəlir ki, avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsini necə həll etmək barədə ümumi fikir formalaşır. Rusiya nəticə əldə olunana qədər bu işə kömək edəcək. Ümidvaram ki, bu, tezliklə olacaq. Biz həm də başqa razılaşmalara uyğun olaraq Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməyə də hazırıq. Bu barədə konkret təkliflər var. Onları Sizinlə müzakirə etməyə şad olaram.

Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır. Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq. Əlbəttə, Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar - həm BMT, həm ATƏT, həm də “Xəzər beşliyi” - bütün bu məkanlar, necə deyərlər, artıq xarici konturda bizim qarşılıqlı fəaliyyətimizi inkişaf etdirməyə imkan verir. Düz bir həftədən sonra Aşqabadda “Xəzər beşliyi”nin növbəti sammiti keçiriləcək. Biz də buna fəal hazırlaşırıq. Həmkarım və dostum Ceyhun Əziz oğlu ilə liderlərin bəyənməsi üçün təklif edə biləcəyimiz yekunları müzakirə etmişik.

Dəvətə və ənənəvi qonaqpərvərliyə görə bir daha çox sağ olun. Sağ olun.

x x x

Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidentinə salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib YENİLƏNİB VİDEO

Çin İrandan 1600 və İsraildən yüzlərlə vətəndaşını təxliyə edib

Prezident: Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub

Son beş ayda qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin dəyəri 87 milyon manatdan çox olub

bp-nin Azərbaycandakı fəaliyyəti, kəşfiyyat və hasilat layihələri ilə bağlı fikir mübadiləsi aparılıb

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir YENİLƏNİB - 2

Cari ilin yanvar-may ayları ərzində 3 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Prezident İlham Əliyev: Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi

Muxtar respublikada taxıl biçininə başlanılıb

Xaçmazda respublikada taxıl biçini prosesinin mütəşəkkil təşkilinə həsr olunmuş regional müşavirə keçirilib

IOTA-nın Bakıda keçirilən 29-cu Baş Assambleyası işini başa çatdırıb

Baş katib: Türk Dövlətləri Təşkilatının Maliyyə Araşdırmaları Xidməti yaradılır

Rusiyanın Tehrandakı səfirliyi vətəndaşlarına İranı Azərbaycanın quru yolu ilə tərk etməyi tövsiyə edir

Baş nazir Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb

® “PAŞA Holdinq”in təşkilatçılığı ilə Qazaxıstanda “INMerge” İnnovasiya Sammitinin üçüncü regional tədbiri keçirilib

Azərbaycan basketbol millisi beynəlxalq turnirə qələbə ilə başlayıb

Türkiyənin 18 vilayətinin ixrac həcmi 1 milyard dolları keçib

Kahramanmaraşda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub

“İnter” fransalı futbolçu ilə anlaşıb

Gənc gizirin dillərdən düşməyən qəhrəmanlıq salnaməsi - Bir gecədə dünyanı mat qoyan döyüşçü

Qazaxıstanda Beynəlxalq Endocərrahiyyə Konqresi keçirilir

Dövlət və cəmiyyətin inkişafı naminə siyasi əməkdaşlıq

Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb

“Araz-Naxçıvan”ın kapitanı: “Aris”in gücünə bələdik, lakin Yunanıstana gəzinti üçün getməyəcəyik

Türkiyə Prezidenti Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı ərəfəsində sosial şəbəkələrdə paylaşım edib

Si Cinpin və Vladimir Putin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Ayan Qazi: Diplomu İsveç Kralının şəxsən mənə təqdim etməsi unudulmaz hadisədir  MÜSAHİBƏ

Taxıl zəmilərindən 900 min tondan çox məhsul yığılıb - operativ məlumat

İşğaldan azad edilmiş ərazilərin geokimyəvi vəziyyətini əks etdirən xəritə hazırlanır

Paytaxt üzrə 933 müəllim sertifikatlaşdırma prosesinə dəvət olunub

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Azərbaycanlı alim Özbəkistan Milli Rəssamlıq və Dizayn İnstitutunda seminar keçirib

Leyla Həsənova: Uşaqların və gənclərin NDC 3.0 proseslərinə mənalı şəkildə daxil edilməsi simvolik yox, strateji zərurətdir

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün 50-yə yaxın maarifləndirmə tədbiri keçirib

ADA Universitetində mətbuatın 150 illiyi münasibətilə seminar keçirilib

4-cü “YAŞAT” düşərgəsi davam edir

Qusarda “Dini maarifçilik işinin təşkili: ənənə və müasirliyin vəhdəti” mövzusu müzakirə edilib

Ali Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib

Laçında yeni səhər, yeni həyat...

Sergey Lavrov OANA Baş Assambleyasının iştirakçılarını salamlayıb və dürüst jurnalistikaya dəstəyini ifadə edib

İran XİN Avropa ölkələri ilə danışıqlar aparılacağını təsdiqləyib

bp ilə enerji tərəfdaşlığının inkişafı müzakirə edilib

Xaçmazlı sahibkarlar dövlət dəstəyi mexanizmləri haqqında maarifləndiriliblər

Fransua Bayru V Respublikanın ən qeyri-populyar baş naziridir

Azad olunmuş ərazilərdə içməli su təchizatı ilə bağlı görülmüş işlər açıqlanıb

“Ulduz” jurnalının yeni nömrəsində...

Botanika İnstitutunda meşə tədqiqatlarına həsr olunmuş interaktiv seminar keçirilib

Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaş müraciətlərini dinləyəcək

Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb

Mirzə İbrahimovun ədəbi-tənqidi görüşləri haqqında monoqrafiya nəşr edilib

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb

Gülcahan Güləhmədova-Martınovanın xatirəsinə həsr olunmuş tədbir keçirilib

Binəqədidə saxlanılan şəxsdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Peskov: İran Rusiyadan hərbi yardım istəməyib

Laçında “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib

BMU dünyanın 1000 ən yaxşı universiteti sırasına daxil olub

“Araz-Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

Azərbaycan millisinin Ukrayna yığması ilə səfər oyununun yeri açıqlanıb

Xocalıya köçürülən sakinlərdən 350-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub

® 18 nömrəli tam orta məktəbdə bullinqə qarşı maarifləndirmə sessiyaları keçirilib

Türk Dil Qurumunun rəhbəri Dilçilik İnstitutunun qonağı olub

“DOST to DOST” layihəsi üzrə könüllülər üçün keçirilən təlimlər yekunlaşıb

ADSEA: Laçın və Qubadlıda yeni su anbarlarının tikintisi planlaşdırılır

Media: NATO-da onlarla vəzifənin ixtisarı planlaşdırılır

Belarusun Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb

Ermənistan silahlı qüvvələrində general-mayor rütbəsində xidmət etmiş şəxs məhkəmədə Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində mina basdırılması ilə bağlı sualları cavablandırıb – MƏHKƏMƏ

Moldova ilə vergi islahatları üzrə təcrübə mübadiləsi gücləndirilir

ABŞ Senatında Baydenin əqli qabiliyyətləri ilə bağlı dinləmələr başlayıb

Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası keçirilib – YENİLƏNİB

Gürcüstanlı MMA döyüşçüsü: Nazim Sadıxov üçün oktaqonda sürpriz hazırlamışıq

ATMU 4 kateqoriya üzrə dünyanın yüksək reytinqli universitetləri arasında

Ombudsmanların Beynəlxalq simpoziumunun iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər VİDEO

Ombudsmanların Beynəlxalq simpoziumunun iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər VİDEO

® “Azercell” diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirib

Azərbaycan və Özbəkistan vergi sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Sabah hava əsasən yağmursuz keçəcək

Laçında yeni tikilən su anbarı istifadəyə verilib

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 143-cü kitabı çapdan çıxıb

ABŞ-dan olan ulduz qonaq: UFC-nin Bakıda təşkili Azərbaycan idmanı üçün tarixi hadisədir

Coğrafiya İnstitutunun şöbə müdiri: Təbiətə qarşı davranışımızı dəyişsək, səhralaşmaya qalib gələ bilərik

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib

Media: Hindistanda qəzaya uğrayan təyyarənin “qara qutu”ları ABŞ-a göndəriləcək

Sabah İran, Fransa, Almaniya və Britaniya xarici işlər nazirlərinin görüşü gözlənilir

Nəsimi rayonunda narkotiklərlə mübarizəyə həsr edilən maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyi çimərliklərdə aparılan monitorinqlərin nəticəsini açıqlayıb

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib

Şabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Bakıda çoxmərtəbəli binanın dam örtüyü və konstruksiyası üçün təhlükə yaradan tikililər sökülüb

Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub

“Fənərbağça” "Real Madrid"in futbolçusu ilə razılıq əldə edib

“Mən turist olsaydım”: Göylərə baş çəkir, Göyəzən dağı… VİDEO

“Mən turist olsaydım”: Göylərə baş çəkir, Göyəzən dağı… VİDEO

Qırğızıstanın Hakimlər Şurasının sədri: Hüquqi etibarın vahid məkanını formalaşdırırıq VİDEO

Qırğızıstanın Hakimlər Şurasının sədri: Hüquqi etibarın vahid məkanını formalaşdırırıq VİDEO

Bonn İqlim Sammiti çərçivəsində “Bakıdan Belemə Yol Xəritəsi” ilə bağlı məsləhətləşmələr aparılıb

QDİƏT PA-nın 65-ci Baş Assambleyasının iştirakçıları Şuşa şəhərinə gəliblər YENİLƏNİB FOTO

Vüqar Gülməmmədov: Hesablama Palatasının vakant yerlərində UNEC-in payı əhəmiyyətli şəkildə artıb

Bakının “yaşıl ürəyi” - Mərkəzi Nəbatat bağı VİDEO

Bakının “yaşıl ürəyi” - Mərkəzi Nəbatat bağı VİDEO

Pekində Azərbaycan kitabına həsr olunmuş müzakirə aparılıb

bp-yə yeni regional prezident təyin olunub

“Diplomatic World Sweden” Azərbaycanın COP29 nümayəndə heyətinin Bonn şəhərinə səfəri barədə məqalə dərc edib