RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Sinqapura dövlət səfərinə gəlmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapura dövlət səfərinə gəlmişdir

Sinqapur, 20 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapura dövlət səfərinə gəlmişdir. 

“Çangi” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Sinqapurun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Sonra beynəlxalq hava limanının ali qonaqlar üçün salonunda qısa görüş oldu.

Prezident İlham Əliyev “Çangi” hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin