RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru ilə görüşüb VİDEO

Paris, 19 iyul, AZƏRTAC

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru Borina Andriye Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğuladı, şəhərin infrastrukturunun təkmilləşdirilməsini, yeni binaların, parkların tikilməsini yüksək qiymətləndirdi.

Söhbət zamanı Bakının inkişaf konsepsiyasının həyata keçirilməsində bu şirkətin iştirakının mümkünlüyü barədə fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin