RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir VİDEO

Bakı, 2 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də bp şirkətinin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

bp şirkətinin icraçı direktoru Robert Dadli yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Görüşdə Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin