Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib YENİLƏNİB VİDEO

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.

Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini də yad etdilər.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gəldilər. Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları önünə gül dəstələri düzdülər.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 

xalqa müraciəti

-Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ - Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!

Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır.

Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.

Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi. Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimi dostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydik, bu gün münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi.

Şuşa işğal altına düşəndə bizim əsas problemlərimiz həm o idi ki, ordumuz yox idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Ancaq bu gün biz Ermənistanı təcrid edilmiş vəziyyətə saldıq. Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi.

Nəhayət və ilk növbədə, ordu quruculuğu. Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz. Ordu quruculuğu, hərbçilərin maddi-məişət problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızı yenidən qurduq və onlar ən yüksək standartlara cavab verir. Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı. Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütün dünyaya bizim gücümüzü göstərdi.

Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!

Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqid olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin - düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik.

Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri.

Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs, hanı sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları inşa edilib. Amma hamısını vurub dağıtmışıq - mənəvi ruh, güc hesabına, birlik hesabına!

Bir daha demək istəyirəm ki, bizim zəfər yürüşümüz davam edir. İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bu, bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar, qətnamələri bunu tələb edir.

Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib YENİLƏNİB VİDEO

ABŞ-da qida boyasının istifadəsinə qadağa tətbiq edilib

Türkiyə XİN: ABŞ-ın Cənubi Kiprlə bağlı qərarını qınayırıq

İtaliya saytı Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsindən yazıb

Roma Papası yıxılaraq qolundan zədələnib

Niderland Avropada internet tarifləri baha olan ölkələrdəndir

Almaniya Prezidenti: Nifrət və zorakılıq son söz olmamalıdır

Şamil Ayrım: 2025-ci il Türkiyə və Azərbaycan üçün yeni uğurlar dövrü olacaq

Los-Ancelesdəki meşə yanğınlarında 31 nəfər itkin hesab olunur

Myanmada palçıq axını nəticəsində ölənlərin sayı 32-yə çatıb

Şika şəhərinin nümayəndələri Milli Olimpiya Komitəsini ziyarət ediblər

İrakli Kobaxidze: Dövlətin ən mühüm institutlarını bilərəkdən zəiflətmək cəhdinə müvafiq cavab veriləcək

Şitan Tsao: Biz Qarabağda ekologiya sahəsində yaşıl enerji konsepsiyasını həyata keçirməyə hazırıq

Azərbaycanla Efiopiya arasında siyasi və iqtisadi məsələlər müzakirə edilib

FHN: Sumqayıtda yanğınla nəticələnən yol qəzası olub, ölənlər var

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb VİDEO

Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi” medalı təqdim olunub

4SİM-də “Honeyvell” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Şitan Cao: Azərbaycanda yaşıl enerjinin inkişafına Çin təcrübəsini və gücünü qatacağımıza ümid edirik

Ukrayna və Britaniya 100 illik tərəfdaşlıq haqqında Saziş imzalayıb

Gimnastika Federasiyasının təşkilatçılığı ilə “Şelkunçik” adlı əyləncəli Yeni il şousu keçirilib

Bakı metropoliteninin inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsində Asiya İnfrastruktur İnvestisiya Bankının iştirakı müzakirə olunub

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri barədə müzakirələr aparılıb

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı işə başlayıb

İKZF zəmanəti ilə sahibkarlara verilən kreditin həcmi açıqlanıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib

"Şamaxı" klubu ukraynalı futbolçunu transfer edib

Gia Volski: Müxalifət Avropaya inteqrasiya yolunda Gürcüstana maneələr yaratmağa çalışır

Gürcüstan Davos İqtisadi Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirak etməyəcək

Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş olacaq

Kənd Təsərrüfatı Nazirliyi Vəkillər Kollegiyası ilə əməkdaşlıq edəcək

Azərbaycan və ABŞ arasında tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Nazir: USAID Azərbaycana qarşı qərəzli və zərərli siyasi xətt tutmuşdu

Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində nəqliyyat və İKT sahəsində görüləcək işlər müzakirə edilib

Azərbaycan və Maldiv arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar müzakirə olunub

Nazirlik: 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

Fransada yeni siyahıyaalmada vətəndaşlardan valideynlərinin doğum yeri haqqında soruşulacaq

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşünün nəticələrinə dair mətbuat açıqlaması

Faktiki hava: Bəzi rayonlara qar yağır

Gürcüstanın XİN başçısı: Güclü dövlət institutlarımızın sayəsində təhdidlər aradan qaldırılıb

“Qurani-Kərim” dərsliyi nəşr olunub

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə müsabiqənin nəticəsi açıqlanıb

Parlamentin Mədəniyyət komitəsinin iclasında üç məsələ müzakirə edilib

Çinin “Dongfang Electronics Corporation” şirkətinin nümayəndələri Füzuli və Hadruta səfər edib VİDEO

Rusiya XİN: AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Moskva və Bakı arasında bütün səviyyələrdə təmas qurulub

Ötən il 232 yeni dövlət standartı qəbul edilib

Teatr Muzeyində “Şəhid adı hər bir addan ucadır!” adlı tədbir keçirilib

Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan maraqlarına uyğun şəkildə siyasət həyata keçirir

Gürcüstanın XİN rəhbəri: Azərbaycan bizim ən böyük beş iqtisadi tərəfdaşımız sırasındadır VİDEO

Maka Boçorişvili: Xarici işlər naziri kimi ilk səfərimi Azərbaycana etməyim mənim üçün şərəfdir

Kəngərli rayonu ərazisində hərbi sursatlar aşkar olunub

Azərbaycan XİN başçısı: Ermənistanın genişmiqyaslı silahlanması bizdə ciddi narahatlıq doğurur VİDEO

Aktau limanından keçən yük axını rekord səviyyədə artıb

Azərbaycanın və Gürcüstanın XİN başçıları qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər VİDEO

Nazir: Azərbaycan şirkətləri Gürcüstana 3,6 milyard dollar dəyərində sərmayə yatırıb VİDEO

M.Zaxarova Aİ-nin Ermənistandakı müşahidə missiyasının qarşıdurma yaradan mahiyyətini qeyd edib

Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmində ciddi artım var

Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan münasibətləri beynəlxalq hüquqa əsaslanır

Son bir ildə BDU-nun Hirş indeksi 11 bal artaraq 70 olub

Naxçıvan Dövlət Universitetində 2025-ci ilin ilk IELTS imtahanı keçirilib

BP şirkəti xərcləri azaltmaq üçün əməkdaşlarının 5 faizini ixtisar edir

Bolqarıstan parlamenti aylarla davam edən koalisiya danışıqlarına son qoyaraq yeni hökumətin tərkibini təsdiqləyib

Akademik Musiqili Teatrın fevral repertuarı açıqlanıb

Tramp ABŞ-da “TikTok” sosial şəbəkəsini saxlamağa çalışır

Şərurlu xalq pəhləvanının adı 3 rekordlar kitabına düşüb

Tovuzda ötən il ərzində 11 mindən çox ağac əkilib

İtaliyanın müdafiə naziri Kiyevə gedib

Sabunçu rayonunda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

“Qalatasaray” aparıcı futbolçusunu 30 milyon avrodan aşağı qiymətə satmayacaq

Gürcüstanın xarici işlər naziri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda ötən ay sabit genişzolaqlı internetin sürəti üzrə beynəlxalq reytinqdə irəliləyib

Vətənimizin azadlıq mübarizəsində şəhid olanların hər biri yaddaşımızda əbədi qalacaq

Nazirliyin dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarına vəsiqə və medallar təqdim olunub

Rusiya XİN: Ermənistanın rusiyalı jurnalistin Zəngəzur dəhlizi barədə sözlərinə mənfi reaksiyası təəccüb doğurur

Bu il Şəkidə 1620 hektar sahədə tütün əkini proqnozlaşdırılır

Vəkillər Kollegiyası ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Yeni Azərbaycan Partiyası müşavirə keçirib

ADPU Müasir Təhsil Kompleksi ilə əməkdaşlığa başlayır

Romina Xurşid Alam: İqlim dəyişikliyi ilə mübarizədə COP29-da atılmış addımlar olduqca əhəmiyyətlidir

AMADA və Milli Paralimpiya Komitəsi birgə seminar təşkil edib

Şimal bölgəsi üzrə 741 şagird fənn olimpiadalarının yarımfinalına vəsiqə qazanıb

Britaniya və Ukrayna 100 illik tərəfdaşlıqla bağlı razılaşma imzalayacaq

“Qarabağ”ın sabiq kapitanı: Avropa Liqasının yeni formatı Ağdam klubu üçün təcrübə oldu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir

Zelenski: Rusiya ilə danışıqlar masasına qayıtmaq üçün Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır

“TEKNOFEST”in rəsmi nümayəndəsi BMU tələbələri ilə görüşüb

Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində əməkdaşlıq prioritetləri müzakirə edilib

Xəzərdə suyun səviyyəsi 2 metrədək aşağı düşüb: ekspertlər həyəcan təbili çalır

Deputat: Qanlı Yanvar hadisələrinin ildönümündə tarixi unutmadan bugünkü Zəfərimizlə qürur duyuruq

Yaponiya NATO-da daimi nümayəndəlik açıb

Fənn olimpiadalarının yarımfinalına Şirvan-Salyan bölgəsi üzrə 977 şagird vəsiqə qazanıb

Məhəmməd Füzulinin biblioqrafiyasının I cildi işıq üzü görüb

BMT-nin yeni hesabatı: Silahlı münaqişələr və iqlim böhranının əmək bazarına mənfi təsiri artır

Bakıda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclası keçirilib YENİLƏNİB VİDEO

Birinci yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir

Nazir Fərid Qayıbov Şamaxı və Qobustan sakinləri ilə görüşüb

Xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu müddəti uzadılıb

İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında memorandum imzalanıb

Mentorluq proqramını uğurla başa vuran üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

İstanbulda saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 30-a çatıb

Türkiyədə Azərbaycan ədəbiyyatının tədqiqatçıları ilə görüş təşkil olunub