RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyevin Afinada rəsmi qarşılanma mərasimi olmuşdur VİDEO

Afina, 16 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Afinada rəsmi qarşılanma mərasimi olmuşdur.

Azərbaycanın və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnləri səsləndi.

Dövlət başçıları hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Yunanıstanın rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Karolos Papulyasa təqdim edildi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin