RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Berlin, 14 mart, AZƏRTAC

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin