RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyaya işgüzar səfəri
Praqanın Hökumət Aeroportunda qarşılanma VİDEO
Praqa, 23 aprel (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çex Respublikasına işgüzar səfərə gəlmişdir.
Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın Hökumət Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.