RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyevin Sinqapura dövlət səfəri
Rəsmi qarşılanma mərasimi

Sinqapur, 21 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Sinqapur Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 21-də “İstana” sarayında rəsmi qarşılanma mərasimi olmuşdur.

Azərbaycan dövlətinin başçısını Sinqapur Prezidenti Toni Tan qarşıladı.

Azərbaycan və Sinqapur respublikalarının dövlət bayraqlarının dalğalandığı sarayın qarşısında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi. Azərbaycanın və Sinqapurun dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev “İstana” sarayının fəxri qonaqlar kitabını imzaladı.

Azərbaycan nümayəndə heyətinin üzvləri Sinqapur Prezidentinə, Sinqapurun dövlət və hökumət rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevə təqdim olundu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin