RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyevin Sinqapurun Baş naziri Li Hsien Loonq ilə görüşü

Sinqapur, 21 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də dövlət səfəri çərçivəsində Sinqapurun Baş naziri Li Hsien Loonq ilə görüşmüşdür. 

Görüşdə dövlətlərimiz arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olundu. Azərbaycan və Sinqapur arasında qarşılıqlı sərmayə qoyuluşu məsələlərinin müzakirəsi zamanı vurğulandı ki, bu istiqamətdə artıq müəyyən fəaliyyət mövcuddur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sinqapurda, habelə Sinqapurun da bir neçə şirkəti Azərbaycanda iş qurmuşdur.

Görüşdə hər iki tərəf üçün maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Qarşılıqlı səfərlərin daha tez-tez həyata keçirilməsinin əməkdaşlığın uğurlu inkişafında əhəmiyyəti vurğulandı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin