RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə səfəri
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət VİDEO

Sumqayıt, 3 oktyabr (AZƏRTAC). Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlmişdir. 

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov son vaxtlar Sumqayıtda görülən abadlıq və quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, abidənin ətrafında xeyli abadlıq işləri görülmüş, yaşıllıq sahəsi artırılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin