RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb VİDEO
Düşənbə, 6 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri aprelin 6-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistan Prezidenti Emoməli Rəhmon yola saldı.