Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri
Ali qonağın şərəfinə VİDEO

Bakı, 17 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, oktyabrın 16-da Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Tacikistan Prezidenti Emoməli RƏHMON dedi:

-Əziz dostlar!

Xanımlar və cənablar!

Mənim dostum, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlu Əliyevi və qardaş Azərbaycanın nüfuzlu nümayəndə heyətini bir daha salamlamaqdan çox məmnunam.

Hörmətli İlham Heydər oğlunun səfəri çərçivəsində biz məzmunlu və konstruktiv söhbət etdik. Bu söhbətin gedişində qarşılıqlı əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmaq yollarını araşdırdıq. Azərbaycan Respublikası bizim dövlətimizin beynəlxalq əlaqələrinin strukturunda mühüm yer tutur. Ölkələrimizin beynəlxalq və regional xarakterli bir sıra məsələlərə dair mövqelərinin üst-üstə düşməsi, beynəlxalq və regional təşkilatlarda həm Azərbaycanın, həm də Tacikistanın konseptual yanaşmaları Tacikistan-Azərbaycan münasibətlərinin daha dinamik və ardıcıl inkişafına şərait yaradır.

Tacikistan-Azərbaycan münasibətlərinin ən yeni tarixi ölkələrimizin seçdiyi, xoş niyyətlərə və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanan uzunmüddətli və səmərəli qarşılıqlı fəaliyyət xəttinin düzgün olmasını sübut edib. Bu gün biz bir sıra mühüm sənədlər imzalamaqla mövcud müqavilə-hüquq bazasını möhkəmlətdik və beləliklə, daha sıx əməkdaşlıq əzmində və qətiyyətində olduğumuzu bir daha ifadə etdik. Mən, həmçinin ümidvar olduğumu bildirmək istəyirəm ki, biz öz mədəni-tarixi köklərimizə söykənməklə, birgə səylərimizlə dost xalqlarımızın rifahı naminə nəzərdə tutulan hədəflərə, qarşılıqlı faydalı əməkdaşlığa nail ola biləcəyik.

X X X
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Emoməli Şərifoviç!

Hörmətli dostlar!

Mənim rəsmi səfərim sona yaxınlaşır. Hörmətli Emoməli Şərifoviç, qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Sizin gözəl torpağınıza qədəm qoyduğumuz ilk andan biz özümüzü evimizdə olduğu kimi hiss edirik. Bugünkü gün çox zəngin və məhsuldar oldu. Siz qeyd etdiyiniz kimi, biz Sizinlə birlikdə münasibətlərimizin geniş gündəliyini müzakirə etdik. Ətrafımızda baş verən hadisələri çox obyektiv təhlil etdik, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair olduqca səmimi fikir mübadiləsi apardıq. İşimizin başlıca nəticəsi ondan ibarətdir ki, biz münasibətlərimizin konkret inkişaf yollarını müəyyən etdik. Bizim çox gözəl siyasi münasibətlərimiz var, beynəlxalq qurumlarda fəal əməkdaşlıq edirik, bütün prinsipial məsələlərdə bir-birimizi dəstəkləyirik. Bununla bərabər, əlbəttə, iqtisadi sahədə də işləri fəallaşdırmalıyıq və hökumətlərarası komissiyanın işi çərçivəsində qəbul edilmiş qərarlar tezliklə öz müsbət nəticəsini verəcək.

Bizim əməkdaşlığımız xalqlarımızın ümumi tarixinə, çoxəsrlik dostluğuna söykənir. Bu gün bizim ölkələrimiz iki müstəqil dövlətdir, beynəlxalq birliyin fəal üzvləridir, öz müstəqil siyasəti, xarici siyasəti olan, regional təhlükəsizliyin möhkəmlənməsi üçün fəal iş aparan ölkələrdir. Düşünürəm ki, Mərkəzi Asiya, Xəzər, Qafqaz regionları arasında əməkdaşlıq da çox cəhətdən bizim ölkələrin qarşılıqlı fəaliyyətindən, səylərimizin sıx əlaqələndirilməsindən asılı olacaq. Çünki bizim hamımızın bir məqsədi var – insanlarımızın, vətəndaşlarımızın həyatını daha da yaxşılaşdırmaq, ölkələrimizin müstəqilliyini, beynəlxalq mövqelərini möhkəmləndirmək.

Biz beynəlxalq həyatın mühüm məsələlərini çox səmimi şəraitdə müzakirə etdik, baxışlarımız üst-üstə düşür. Biz konstruktiv əməkdaşlığa istiqamətlənmişik. Biz əməkdaşlıq, dialoq, qarşılıqlı kömək yolu ilə daha çox nailiyyətlər qazana bilərik. İkitərəfli münasibətlərimizdə həll edilməmiş heç bir məsələ yoxdur. Əksinə, yeni layihələrə qoşulmaq, müxtəlif sahələrdə səylərimizi, potensialımızı birləşdirmək istəyi var.

Humanitar əməkdaşlıq bizim münasibətlərin əsasını təşkil edir. Mən bu gün Tacikistan Milli Universitetində tələbələrə, professor-müəllim heyətinə müraciət edəndə də humanitar əməkdaşlığın vacib olmasından danışdım. Bizim bu istiqamətdə böyük potensialımız var. Eyni zamanda, biz çalışırıq ki, ölkələrimizin gənc nəsli də bizim kimi möhkəm dostluq etsin.

Əminəm ki, nümayəndə heyətinin üzvləri və nazirlər də prezidentlərdən, bizim bir-birimizə münasibətimizdən, bir-birimizə hörmətimiz və dostluğumuzdan nümunə götürəcəklər. Emoməli Şərifoviç ilə bütün beynəlxalq tədbirlərdə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il bir neçə dəfə görüşmüşük. Hər dəfə görüşəndə həmişə bir-birimizə qardaşlar kimi müraciət edirik. Bu isə münasibətlərimizə, həmçinin öz iş yerində - istər hökumətdə, istər parlamentdə, istərsə də ictimai strukturlarda mühüm məsələləri həll edənlərin hamısına çox yaxşı impuls verir.

Mən səfərin nəticələrindən çox məmnunam. İmzalanmış Bəyannamə münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək çox mühüm siyasi sənəddir. Başqa sənədlər də çox vacibdir. Biz gələcəyə nikbin baxırıq.

Hörmətli Prezident Emoməli Şərifoviç, fürsətdən istifadə edərək, Sizin üçün münasib olan istənilən vaxtda Sizi Azərbaycana səfərə dəvət etmək istərdim.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

Növbəti köç karvanı Füzuliyə çatıb

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1024-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

“Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xarici ölkələrə göndərilən Azərbaycan Respublikası vətəndaşlarının sayı və tərkibi haqqında” 1 №-li (emiqrasiya) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 26 sentyabr tarixli 73/6 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

“Dəniz limanlarının işi haqqında” 12-liman №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi və “Dəniz limanlarında yüklərin yüklənməsi-boşaldılması, hərəkəti, mövcudluğu (qalığı) və baş vermiş qəzalar haqqında” 9 №-li (liman) aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 9 aprel tarixli 29/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 13 yanvar tarixli 2/18 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Şəmkirdə mağazada yanğın baş verib VİDEO

Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplaşır

Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü, Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qazaxın dörd kəndinin dinc yolla geri qaytarılması növbəti zəfərimizdir - ŞƏRH

Çində gəmi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi

Hesabat: Dünyanı ən çox narahat edən 15 problem

Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

Düzgün nəfəs almaq ömrü uzadır

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir

ABŞ-ın Yel Universitetində etiraz aksiyaları zamanı 47 nəfər həbs olunub

Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb