RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri
Bodrumun Milas Beynəlxalq hava limanında qarşılanma VİDEO
Bodrum, 4 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün iyunun 4-də Türkiyə Respublikasına işgüzar səfərə gəlmişdir.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Bodrumun Milas Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.