Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyevin adından IV Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib VİDEO

Bakı, 11 mart, AZƏRTAC

Xəbər verdiyimiz kimi, martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından IV Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və qızı Leyla Əliyevanın iştirak etdikləri ziyafətdə Bolqarıstanın, Albaniyanın, Makedoniyanın, Monteneqronun, Gürcüstanın prezidentləri, bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, dünya siyasətində əhəmiyyətli rol oynayan ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-FREYBERQA ziyafətdə çıxış edərək dedi:

-Cənab Prezident Əliyev.

Xanım Əliyeva.

Hörmətli prezidentlər.

Sabiq prezidentlər və Baş nazirlər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əziz dostları.

Burada dünya liderlik alyansı - Madrid Klubunu dəstəkləyənlər və onun üzvləri, habelə Dünya İncəsənət və Elm Akademiyasının nümayəndələri əyləşiblər. Bütün bunlara görə dünyanın müxtəlif nöqtələrində hamımızın qarşılaşdığı və vəziyyətlə əlaqədar müxtəlif yollarla üzləşmək məcburiyyətində olduğumuz aktual məsələlər üzrə yüksək səviyyəli dialoqun keçirilməsinə ehtiyacı çox yaxşı anlayan Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarıq. Prezident Əliyev beynəlxalq dialoqa güclü dəstək verir. Biz ona bu dəstəyə, xüsusilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə verdiyi dəstəyə görə çox təşəkkür edirik. Onun dəstəyi, verdiyi önəm olmadan bu Mərkəzi yaratmaq mümkün olmazdı.

Artıq Bakı Forumu dördüncü dəfə keçirilir və Prezidentin dəstəyi olmadan Forum bu səviyyəyə çata bilməzdi. Məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, Prezident hamımızın yüksək dəyərləndirdiyi bu dəstəyi davam etdirməyə maraqlı olduğunu bildirib və hesab edirəm ki, hamımız buna görə onu ürəkdən alqışlamalıyıq. Əlavə etmək istərdim ki, xanım Əliyeva da incəsənətə, adət-ənənələrə yüksək önəm verir. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nail olmağa çalışdığı bütün işləri dəstəkləyir.

Vayra Vike-Freyberqa bu cür mötəbər tədbirin keçirilməsində əməyi olan və vətəndaş cəmiyyətini təmsil edən könüllülərin fəaliyyətini vurğuladı. “Hesab edirəm ki, onlar istənilən ölkəyə lazım olan sosial iştirakçılıq və fəallığa sadiqliyin nümunəsidir”, - deyən Latviyanın sabiq Prezidenti Azərbaycanda çoxlu sayda belə gənclərin olduğunu diqqətə çatdırdı.

X X X

Ziyafətdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli xanım Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Əvvəla, xanım Vayra Vike-Freyberqaya ölkəmizə, ölkəmizin nümayəndələrinə və Azərbaycanın inkişafına göstərdiyi dəstəyə və xoş sözlərinə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq. Prezident kimi Latviyaya səfərim zamanı bizim xanım Prezidentlə çox yaxşı müzakirələrimizi və onun Prezident kimi Azərbaycana səfərini xatırlayıram. Çox şadam ki, bu dostluq indi də davam edir. Bu dostluq nəinki təkcə bizim ikitərəfli münasibətləri gücləndirməyə, həm də bizə dördüncü dəfədir ki, Azərbaycanda çoxsaylı görkəmli qonaqları qəbul etməyə imkan verir. Bu dostluq bu gün istənilən ölkənin sərhədlərini aşır.

Bu zalda bir çox ölkələrin nümayəndələri, görkəmli şəxsiyyətlər, fəaliyyətdə olan və sabiq ölkə rəhbərləri, beynəlxalq münasibətlərdə vacib rol oynayan və oynamağa davam edən insanlar, regionumuzda sülhün, inkişafın, sabitliyin, demokratiyanın və təhlükəsizliyin necə təşviq olunmasından ibarət ümumi məqsəd naminə bir araya gələn insanlar var.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edildikdə, səmimi söyləsəm, Mərkəzin çox qısa müddət ərzində dünyada aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilməsini təsəvvürə gətirmək çox çətin idi və bu, mübaliğə deyil. Xanım Freyberqanın rəhbərliyi, sadiqliyi, özünü işə həsr etməyi, istedadı sayəsində Mərkəz indi qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli ilə məşğul olan dünyanın ən hörmətli beynəlxalq təşkilatlarından biridir. Mərkəzin Azərbaycanın dahi oğlunun, Nizami Gəncəvinin adını daşıması bizi fərəhləndirir. Hər bir azərbaycanlı onunla qürur hissi duyur. Biz tariximizdə belə şəxsiyyətə malik olmağımıza görə fərəhlənirik və onun fəlsəfəsi, şeirləri, fikirləri bütün tərəqqipərvər bəşəriyyəti birləşdirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nə qədər çox tanınarsa Nizaminin fikirləri bir o qədər dünyanın müxtəlif yerlərində olan insanları, gənc nəslin diqqətini cəlb edəcək. Xanım Prezidentin də qeyd etdiyi kimi, fəaliyyətimizin ən vacib nəticələrindən biri də gənc nəslin qarşılıqlı fəaliyyət, etnik və dini tolerantlıq, multikulturalizm, demokratiya, əməkdaşlığın yaxşı nümunəsinə əməl etməsi olacaq. Bu, bizim hamımızın dəstəklədiyi, qoruduğu fundamental dəyərlərdir və əlbəttə ki, Bakı Qlobal Forumu məsələləri ünvanlamaq üçün ən yaxşı məkanlardandır.

Gündəlik çox genişdir. Eşitdim ki, bu gün çox açıq, səmimi, bəzən isə, yumşaq şəkildə söyləsəm, qeyri-diplomatik fikir və mövqe mübadiləsi aparılıb və bu da normal haldır, bu, belə də olmalıdır. Biz fikirlərimizi paylaşmalıyıq, yalnız danışıqlar masasında qarşı-qarşıya durmalıyıq. Yalnız panel müzakirələri zamanı zərurət yarandıqda bir-birimizə qarşı olmalıyıq və sonra dünya daha da təhlükəsiz və müdafiə olunmuş olacaq. Hər bir ölkə digər ölkənin maraqlarına, ləyaqətinə, ənənələrinə, tarixinə, mədəniyyətinə və ərazi bütövlüyünə hörmət etməlidir. Yalnız bu halda dünyada müsbət inkişafı müşahidə edə biləcəyik. Bu gün əsasən təhdidlər barədə danışdıq. Əfsuslar olsun ki, təhdidlər artmaqdadır, yeni təhdidlər üzə çıxmaqdadır. Hesab edirəm ki, biz birgə səylərimizlə gərginliyin necə azaldılması, regionumuzun, dünyanın necə daha da təhlükəsiz olması yolları üzrə baxışlarımızı təklif etməyə davam edəcəyik. Əks halda, biz gözlənilməz nəticələrlə qarşılaşa bilərik. Bu gün müzakirə etdiyimiz miqrant böhranı bu günün ən böyük təhlükələrindən biridir və əlbəttə, insanlar bundan çox əziyyət çəkirlər. Miqrantların getdiyi ölkələrdə yaratdıqları narahatlıqlar, habelə sivilizasiyalar arasındakı yadlaşma, dinlər arasındakı qarşıdurma təhlükəsi böyüyə bilər və bunun qarşısının hansı formada alınması, bu prosesin hansı formada geriyə qaytarılması əsasən aktiv siyasətçilərdən, keçmiş siyasətçilərdən, qərar qəbul edənlərdən, mütəxəssislərdən, media nümayəndələrindən, habelə multikulturalizm, tolerantlıq, əməkdaşlıq və dostluq dəyərlərinin tanıdılmasından asılıdır. Məncə bunlar bugünkü dünya üçün ən vacib mövzulardır.

Bir daha xanım Prezidentə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünya səviyyəsində beynəlxalq mərkəzə çevrilməsinə verdiyi töhfələrə görə təşəkkürümü bildirmək istəyirəm. Səhər öz çıxışımda dediyim kimi, hər toplantının, hər forumun əhəmiyyəti iştirakçıların tərkibinə əsaslanır. Məncə dünyanın intellektual elitası bu gün burada, Azərbaycandadır və bu günlərdə bizimlə olduğunuz üçün sizə təşəkkür edirəm. Fürsətdən istifadə edərək, sizi gələn ilin aprel ayında V Qlobal Bakı Forumuna dəvət etmək istəyirəm. Sağ olun.

X X X

Bir daha qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq dördüncü dəfədir baş tutur və budəfəki Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilib. Forumda 6 ölkə dövlət başçısı ilə təmsil olunub. Ümumilikdə isə tədbirdə 27 sabiq prezident və 23 sabiq Baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin adından IV Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib VİDEO

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub VİDEO

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb