RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü YENİLƏNİB VİDEO
Tehran, 5 mart, AZƏRTAC
Martın 5-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin əlaqələrimizin inkişafında böyük rolu olduğu qeyd edildi. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulandı.
Prezident İlham Əliyev dəvətə görə Prezident Həsən Ruhaniyə təşəkkürünü bildirdi, Azərbaycanın İran ilə əlaqələrin inkişafına böyük önəm verdiyini dedi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.04.2024 [20:37]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.04.2024 [21:14]
Prezident İlham Əliyev Ramazan bayramı ilə bağlı paylaşım edib
- 09.04.2024 [19:53]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.04.2024 [17:49]