RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü VİDEO
Ankara, 13 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan qarşıladı.
Görüşdə ikitərəfli əlaqələrimizin, dostluq və qardaşlıq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə budəfəki rəsmi səfərinin əhəmiyyəti qeyd olundu. Ölkələrimizin qlobal layihələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığının genişləndirilməsinin, münasibətlərimizin möhkəmlənməsinin regional əməkdaşlıq baxımından önəmi vurğulandı və əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.