SİYASƏT


Azərbaycan Prezidenti: İşğal bitdikdən sonra biz sərhəd hesab etdiyimiz yerə gəldik və burada məskunlaşdıq

Bakı, 5 oktyabr, AZƏRTAC

Ümid edirik ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı müvafiq komissiya vaxt itirməyəcək və iki ölkə arasında mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.

Otuz ilə yaxın davam edən işğal dövründə bu sərhədlərin tamamilə Ermənistanın nəzarəti altında olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “İşğal bitdikdən sonra biz sərhəd hesab etdiyimiz yerə gəldik və burada məskunlaşdıq. Ona görə də uzunluğu 400 kilometrdən çox olan bu sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq aktiv şəkildə işləməliyik. Beləliklə, bu proses artıq gedir. Ancaq bunun nə qədər uğurlu olacağını demək çətindir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.