Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidenti “İslam Həmrəyliyi İli” təşəbbüsü ilə bütün dünyaya həmrəylik mesajı verdi

Azərbaycan Prezidenti “İslam Həmrəyliyi İli” təşəbbüsü ilə bütün dünyaya həmrəylik mesajı verdi

Bakı, 7 fevral, Emil Hüseynli, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı nə deyə bilərsiniz?

-2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi günümüzdə baş verən qlobal hadisələr kontekstində çox mütərəqqi addımdır. Prezident İlham Əliyevin müdrik, düşünülmüş və geniş mənəvi elementləri özündə ehtiva edən bu uzaqgörən addımı dünya miqyasında strateji əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, böyük siyasi cəsarət və dövlətçilik məharəti göstərən dövlətimizin başçısı Azərbaycanın İslam ölkələri arasında artan nüfuzunu da gücləndirərək ümumilikdə bütün dünyaya həmrəylik mesajı verdi.

-Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunmasının dünyaya bir mesaj olduğunu qeyd etdiniz. Sizcə ölkəmiz dünyaya hansı mesajı vermiş oldu?

-Bilirsiniz ki, cənab Prezidentin həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqları üzərində qurulub. Təbii ki, “İslam Həmrəyliyi İli”nin elan olunmasının həm daxili, həm də beynəlxalq çağırışları ehtiva edən səbəbləri var. Daxili səbəblər ondan ibarətdir ki, tarixən İslam dünyasının bir parçasına çevrilmiş ölkəmiz öz milli-mənəvi dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirməklə, İslam həmrəyliyini eyni zamanda vətəndaş həmrəyliyinin tərkib hissəsi kimi görür. Ölkəmizdə yaşayan vətəndaşların mütləq əksəriyyətinin İslam dininin mənsubları olduğunu nəzərə alsaq, həmrəyliyin nə qədər böyük ictimai-mədəni əhəmiyyəti olduğunu anlamış olarıq.

Xarici səbəblərə gəldikdə isə burada Azərbaycanın dünyaya elan etdiyi yeni bir çağırışın şahidi oluruq. Heç kim üçün sirr deyil ki, bu gün dünyada dini zəmində, eləcə də məzhəblərərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqları yaradılıb və gələcəkdə də yeni ocaqların yaradılması istisna deyil. Dini təhlükəsizlik problemlərinin gələcəkdə dünyada qlobal təhlükəsizlik problemlərinin əsasına çevrilməklə sivilizasiyaların, mədəniyyətlərin və dinlərin toqquşmasına gətirib çıxaracağı prosesinin başlandığını gözardı edə bilmərik. Dolayısıyla, dini təhlükəsizlik bir çox ölkələrin milli təhlükəsizliyinin əsas tərkib hissəsinə çevrilib. Xüsusilə İslam ölkələri hər gün yeni təhdidlərlə üzləşməkdədirlər. Məhz belə bir şəraitdə “İslam Həmrəyliyi İli”nin elan edilməsi bu mənfi ənənəyə, habelə Qərbin bəzi dairələrinin islamofob mövqeyinə bir növ “yox” deyilməsidir. Təəssüf ki, bəzi Qərb dövlətləri islamofobiyaya qarşı mübarizə aparmaq əvəzinə, onun genişlənməsinə şərait yaradırlar ki, bu da gələcəkdə dünyada irqçiliyin, millətçiliyin, radikal meyillərin artmasına səbəb ola bilər. Bununla da həmin ölkələrin milli təhlükəsizlikləri üçün ciddi təhdidlər yarana bilər. Həmin ölkələr İslam və müsəlmanlara qarşı siyasətlərinə heç olmasa öz təhlükəsizliyinin təminatı naminə yenidən baxsalar, daha yaxşı olar.

Onu da xüsusi qeyd etmək lazımdır ki, heç də hər İslam ölkəsində belə cəsarət görmək mümkün deyil. Çünki bəzi İslam ölkələrinin özləri də müəyyən geosiyasi və geoiqtisadi maraqlar çərçivəsində oynanılan oyunların bilərək və ya bilməyərək alətinə çevriliblər. Bir sözlə, İslam həmrəyliyinin elan edilməsində biz bir çox amilləri görürük. Bunlar müstəqil, prinsipial və cəsarətli siyasət, milli-mənəvi dəyərlərə sədaqət, sülhə və birliyə çağırış, möhkəm iqtisadi potensial və ən nəhayət, güclü Azərbaycan dövləti deməkdir.

-Ümumiyyətlə, dünyada İslam həmrəyliyinin olmaması hansı səbəblərlə bağlıdır?

-Suala cavab vermək üçün öncə dünyada yaranmış mənzərəni obyektiv şəkildə qısa da olsa qiymətləndirmək lazımdır. Əvvəla, dünyada xaotik vəziyyətin formalaşmasında maraqlı olan qüvvələrin mövcudluğu hər birimizə məlumdur. Həmin qüvvələr müxtəlif cəmiyyətlərdə fərqli qarşıdurma “alətləri”ndən istifadə etməklə insanların təhlükəsiz və əmin-amanlıq şəraitində yaşamasına birbaşa maneçilik törədirlər. Əlbəttə ki, bunun da özünəməxsus səbəbləri var. Əgər dünyada qarşıdurma və toqquşma olmasa, qan tökülməsə, yəni, sabitlik bərqərar olsa, hərbi sənayenin yeni nailiyyətlərini sınaqdan keçirməyə bu qüvvələr yer tapa bilməzlər. Yaxud silah və hərbi sursat satışının səviyyəsi aşağı enər. Eləcə də ölkələr təsir altına düşmədən müstəqil siyasət apararlar, yeraltı və yerüstü sərvətlərinə özləri sahib olarlar. Yaxın Şərqə nəzər salın. O ölkələrin vətəndaşları öz təbii sərvətlərinə sahibdirlərmi? Silahsız, qansız, partlayışsız bir günləri keçirmi? Öz sözlərini müstəqil şəkildə deyə bilirlərmi? Təbii ki, yox. Bütün bunların kökündə isə geosiyasi və geoiqtisadi maraqları olan, xüsusilə İslam dininin artan nüfuzunun qarşısının alınmasına çalışan qüvvələrin fəaliyyəti dayanır. Vaxtilə o ölkələrdə dini siyasiləşdirən radikal qüvvələr formalaşdırıldı. İndi isə həmin ərazilər xarabalığa çevrilib.

Şübhə yoxdur ki, bəzi İslam ölkələrinin Qərb dairələrinin təsiri altında olması, İslam dininin xurafat və terror dini kimi təqdim edilməsi, məzhəb ayrı-seçkiliyi və dini nifrətin qızışdırılmasının da bu proseslərdə nəzərəçarpacaq rolu var. Söylədiklərimə əsasən deyə bilərik ki, bu, artıq Qərblə Şərqin toqquşmasına xidmət edən, yaxud maraqların toqquşması prosesidir. Zaman göstərəcək, bəzi Qərb dairələrinin Şərq üzərində hegemonluq etmə cəhdlərinə və hücumlarına adekvat cavab veriləcək. Ümumiyyətlə, İslam həmrəyliyi radikalizm və ekstremizmə qarşı mübarizə və reabilitasiyada ən effektiv vasitəsidir, xüsusilə məzhəbçilik və dini təhlükəsizlik problemlərinin həllinin açarıdır. Bununla da Azərbaycan Respublikasının Prezidenti növbəti dəfə bəşəriyyəti ciddi narahat edən təhlükənin qarşısının alınması üçün yol xəritəsini diqqətə çatdırmaqla humanistliyini bir daha nümayiş etdirdi.

Bütün bu qeyd edilənlər kontekstində Azərbaycanın fərqli bir baxış bucağını ortaya qoyduğunu görürük. Biz dinin siyasiləşdirilməsi və məzhəbçiliyi yolverilməz hesab edirik, müstəqil dövlət siyasətimiz var və öz milli-mənəvi dəyərlərimizi qoruyuruq. Ölkəmizdə bütün dinlərin və məzhəblərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu birgəyaşayış başqaları üçün xəyal kimi görünsə də xalqımız bunu praktikada yaşamaqdadır. Biz həm dövlətimizin, həm də ölkəmizdə ictimai-siyasi sabitlik və təhlükəsizliyin qədrini bilməli, tarixən formalaşmış dəyərlərimizə sahib çıxmalıyıq.

-Dini sahədə boşluqların doldurulması və qeyd edilən mənfi meyillərə qarşı necə mübarizə aparmaq olar?

-Bu gün bizim üçün əsas prioritet istiqamət milli dini kadrların yetişdirilməsi, yeni nəsil gənclərin məzhəbçilik kimi arzuolunmaz, son dərəcə təhlükəli, zərərli “ideologiyalar”ın, tendensiyaların təsirindən qorunması məsələsidir. Din sahəsi digər sahələrdən fərqlənən xüsusiyyətlərə malik olduğu üçün təcrübələr göstərir ki, burada xaricdə təhsil almaq məsələsi özünü doğrultmur. İnsanların dini düşüncəsinin sağlam müstəvidə və milli-mənəvi dəyərlərimizə uyğun şəkildə formalaşdırılması üçün milli kadrlarımızı yetişdirməliyik. Həmin kadrlar din xadimi və ya mütəxəssis kimi fəaliyyət göstərərkən Azərbaycanın milli dövlətçilik maraqlarını nəzərə almalı, vətənpərvərlik ruhunu rəhbər tutmalı, milli-mənəvi dəyərlərimizin keşiyində durmalı, İslam dininin insanlara olduğu kimi çatdırılmasında aparıcı qüvvəyə çevrilməli, xurafat və dini radikalizmlə barışmaz mübarizə ortaya qoymalıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir YENİLƏNƏCƏK

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-nin “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb