SİYASƏT


Azərbaycan Prezidenti İspaniyanın Kralına başsağlığı verib

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Barselonada törədilmiş terror aktları ilə əlaqədar bu ölkənin Kralı VI Felipeyə başsağlığı məktubu göndərib.

“Ölkənizdə törədilmiş dəhşətli terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi sarsıtdı.

Dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik”, – deyə dövlətimizin başçısı məktubda qeyd edib.

Prezident İlham Əliyev baş vermiş faciə ilə əlaqədar İspaniya Kralına, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.