SİYASƏT


Azərbaycan Prezidenti Moldovanın yeni seçilmiş Prezidentini təbrik edib

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın yeni seçilmiş Prezidenti xanım Maya Sanduya təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin birgə səylərlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inandığı bildirib.

Prezident İlham Əliyev yeni seçilmiş Prezident Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.