Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidenti Münhen debatı ilə Vətən müharibəsindəki tarixi Qələbəmizin strateji siyasi elementini yaratdı

Azərbaycan Prezidenti Münhen debatı ilə Vətən müharibəsindəki tarixi Qələbəmizin strateji siyasi elementini yaratdı

Bakı, 15 fevral, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində tarixi Qələbənin əsasında kompleks amillər dayanır. Təbii ki, Azərbaycan Ordusunun gücü həlledici oldu. Amma Qələbəni şərtləndirən digər amillər də vacib idi və biz bunu torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsi zamanı aydın müşahidə etdik. Müasir beynəlxalq münasibətlər sistemini səciyyələndirən başlıca məqamlardan biri də ondan ibarətdir ki, istənilən iqtisadi, hərbi, hərbi-siyasi və digər addımın uğurunun təmin olunması üçün hər şeydən əvvəl onun siyasi əsaslarını yaratmaq lazımdır. Ermənistanın işğalçılıq siyasətinin nəticələrini aradan qaldırmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev çoxvektorlu fəaliyyət strategiyasına üstünlük verdi. Yəni, bütün istiqamətlərdə həyata keçirilən fəaliyyətlər bu və ya digər dərəcədə həm də ölkənin ərazi bütövlüyünün təmin olunmasına xidmət edirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Deputat qeyd edib ki, münaqişənin dinc vasitələrlə tənzimlənməsi üçün Azərbaycan tərəfi bütün konstruktiv, milli maraqlarımıza və münaqişə vəziyyətində ədalətli mövqelərimizə zidd olmayan təşəbbüsləri dəstəkləyirdi. Bununla yanaşı, Silahlı Qüvvələrimizin dünyanın ən güclü orduları sıralarında yer alması üçün də davamlı addımlar atılırdı. Məşhur “Sülh istəyirsənsə, müharibəyə hazır ol!” prinsipinə istinad hər zaman aydın müşahidə olunub. Son illərdə Azərbaycan iqtisadi potensialına, güclü Ordusuna söykənərək beynəlxalq arenada öz milli maraqlarını daha inamla müdafiə edirdi. Xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı haqlı mövqeyini dünyaya qəbul etdirməyə başlamışdı. Münaqişənin tənzimlənməsi ilə bağlı formalaşmış qlobal ictimai rəy ondan ibarət oldu ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu, olduqca əhəmiyyətli nəticə, diplomatik nailiyyət idi.

E.Mirbəşiroğlu diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi, özündə siyasi, iqtisadi, hərbi və sosiomədəni komponentləri birləşdirən hücum diplomatiyası hədəfini uğurla məhv etdi. Münaqişə vəziyyətində Azərbaycanın ədalətli mövqeyi qəbul olundu. Bu diplomatiyanın mərkəzində məhz Azərbaycan Prezidenti İlham Əliyev dayanırdı. Bütün beynəlxalq tribunalardan münaqişəyə dair haqlı mövqeyini dünyaya çatdırmaqla yanaşı, Ermənistanın təcavüzkarlığı, işğalçılıq siyasəti haqqında danılmaz arqumentlərə söykənərək, aydın təsəvvürlər formalaşdırdı. Bu istiqamətdə Ermənistanın baş naziri N.Paşinyanın da iştirak etdiyi müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti tərəfindən işğalçı Ermənistanın ifşa olunması, faşizm ideologiyasını inkişaf etdirən təcavüzkar dövlət olduğunun ciddi faktlarla əsaslandırılması çox təsirli oldu. Bu mənada, ötən il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin panel müzakirəsini xüsusi qeyd etmək lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev Münhen debatı ilə Vətən müharibəsindəki tarixi Qələbəmizin ən strateji siyasi elementini yaratdı.

Deputat, həmçinin vurğulayıb ki, Vətən müharibəsinə qədər Prezident İlham Əliyev artıq diplomatiya və informasiya savaşında inamlı Qələbəni təmin etmişdi. Bu Qələbədə Münhen debatının xüsusi çəkisi var idi. Ermənistanın baş nazirini siyasi-diplomatik meydanda çox asanlıqla məğlub edən Azərbaycan Prezidenti İlham Əliyev həm münaqişəyə dair haqlı mövqeyimizi, həm də ümumiyyətlə milli maraqlarımızı inamla müdafiə etdi. Ermənilərin özləri də etiraf etdiyi kimi, N.Paşinyanın aciz durumu göz önündə idi. Ermənistanın baş nazirinin tarixi saxtalaşdırma, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələri təhrifetmə cəhdləri İlham Əliyevin tutarlı arqumentləri, tarixi faktlara və beynəlxalq normativ hüquqi aktlara söykənən cavabları qarşısında siyasi diletantlıqdan başqa bir şey deyildi. “Dövlətimizin başçısı əzəli Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı siyasətini tutarlı faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdı. Bunun Münhen Təhlükəsizlik Konfransı çərçivəsində edilməsi isə xüsusilə əhəmiyyətli və təsirli idi. Çünki, əslində, erməni separatizmi və Ermənistanın işğalçılıq siyasəti beynəlxalq təhlükəsizliyə çox ciddi real təhdid idi”, - deyən Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan Prezidentinin səsləndirdiyi faktlar fonunda təcavüzkar Ermənistanın baş nazirinin fikirləri auditoriya tərəfindən qəbul edilmədi. Prezident İlham Əliyev dərin tarixi biliyi, siyasi müdrikliyi və diplomatik məharəti ilə N.Paşinyanın simasında Ermənistanın təcavüzkar, işğalçı dövlət obrazını beynəlxalq ictimai şüurda daha da möhkəmləndirdi. Bununla da Azərbaycanın hərbi qələbəsinin ən mühüm siyasi komponentlərindən birini də formalaşdırmış oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı