SİYASƏT
Azərbaycan Prezidenti: Ölkəmizin artan gücü müstəqilliyimizin, rahat həyatımızın qarantıdır
Bakı, 27 sentyabr, AZƏRTAC
Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin qarşısındakı çıxışında söyləyib.
Dövlətimizin başçısı deyib ki, düşməni bir daha baş qaldırmağa, bizim üçün təhdid yaratmağa qoymayacağıq.
“Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]