SİYASƏT


Azərbaycan Prezidenti “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında Fərman imzalayıb

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu Fərmanla təsdiq edilən “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə”də fəxri adın Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi olduğu bildirilib. Qeyd edilib ki, “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı - “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. Medalının təsviri qanunla müəyyən olunur.

Əsasnamədə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi qaydası ilə bağlı qeyd edilib ki, bu fəxri ad Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

“Vətən Müharibəsi Qəhrəmanı” adı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalı, bu adın verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı təqdim edilir.

“Vətən Müharibəsi Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.

Əsasnamədə, həmçinin qeyd olunub ki, “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda “Qızıl Ulduz” medalından əvvəl taxılır.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.