SİYASƏT


Azərbaycan Prezidenti Yaponiyanın İmperatoruna başsağlığı verib

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Yaponiyanın cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident faciə ilə əlaqədar İmperatora, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.