SİYASƏT


Azərbaycan Prezidenti: Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə bir çox ölkələri təbii qazla təmin etmək imkan verir

Bakı, 30 sentyabr, AZƏRTAC

Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanıb. Bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı iki dəfə artıracağıq və buna imkan var.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2,6 trilyon kubmetr olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir”.

Prezident İlham Əliyev bildirib ki, eyni zamanda, SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsi də müzakirə olundu. “Biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Biz enerji ilə bağlı olan digər məsələləri müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu”, -deyə Azərbaycan Prezidenti əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.