SİYASƏT


Azərbaycan Prezidenti : Ordumuz həm maddi-texniki təchizat, həm də döyüş hazırlığı baxımından tam üstünlüyə yiyələnib VİDEO

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə yiyələnib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Bu gün aparılan döyüşlərdə düşmənin çoxsaylı hərbi texnikasının məhv edildiyini və qənimət götürüldüyünü bildirən dövlətimizin başçısı Ermənistanın itkiləri barədə məlumat verərək deyib ki, bütövlükdə sentyabrın 27-dən bu günə qədər Ermənistan Ordusuna çox böyük zərbə vuruldu - 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, bir “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, - onlardan 8-ci “Akasiya”, ikisi “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 “Kub” zenit-raket kompleksi və sair hərbi texnika məhv edilib. Bundan başqa, 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 27 “İqla” kompleksi və digər avtonəqliyyat vasitələri qənimət götürülüb.

“Onu da bildirməliyəm ki, düşmənin əlində bir dənə də olsun Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan hərbi texnika yoxdur”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.