SİYASƏT


Azərbaycan Prezidenti milli bayram münasibətilə italiyalı həmkarını təbrik edib

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya ölkəsinin milli bayramı – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda Azərbaycan ilə İtaliya arasında mövcud olan sıx dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsinin və dinamikasının böyük məmnunluq hissi doğurduğu bildirilib. “Cari ilin fevral ayında gözəl ölkənizə dövlət səfəri zamanı Sizinlə səmimi şəraitdə keçən görüşlərimizi, apardığımız danışıqları, mənə və Mehriban xanım Əliyevaya göstərilən yüksək diqqət və qonaqpərvərliyi ən xoş təəssüratlarla xatırlayıram”, – deyə dövlətimizin başçısı qeyd edib.

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, enerji, sənaye, təhsil, mədəniyyət, müdafiə və digər sahələrdə mövcud olan yüksək səviyyəli dialoq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək.

“Eyni zamanda, koronavirus xəstəliyinə qarşı mübarizədə Azərbaycan xalqının dost İtaliya xalqı ilə həmrəy olduğunu bir daha qeyd etmək istəyirəm”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev Prezident Sercio Mattarellaya möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər, İtaliya xalqına daim rifah arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.