SİYASƏT
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
Bakı, 22 iyul, AZƏRTAC
Prezident İlham Əliyev Misirin milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Misir əlaqələrinin, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.
Prezident İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Misir xalqına sülh və firavanlıq arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]