SİYASƏT


Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib

Bakı, 23 avqust, AZƏRTAC 

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Vladimir Zelenskiyə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Ukrayna əlaqələrinin, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Vladimir Zelenskiyə ən xoş arzularını yetirib, dost Ukrayna xalqına sülh və firavanlıq diləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.