SİYASƏT


Azərbaycan Prezidenti ölkəmizdəki multikultural mühitə verdiyi yüksək qiymətə görə Roma Papasına təşəkkür edib

Azərbaycan Prezidenti ölkəmizdəki multikultural mühitə verdiyi yüksək qiymətə görə Roma Papasına təşəkkür edib

Bakı, 13 mart, AZƏRTAC

Ölkəmizin Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyur və bunun dünya mədəni irsinin, zəngin incəsənət xəzinəsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə, eləcə də mədəniyyətlərarası dialoqa töhfə verəcəyinə inamımı ifadə edirəm.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə Tacqoyma Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.

Roma Papası Fransiskin Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişaf etdirilməsində və möhkəmləndirilməsində, səmimi dialoqumuzun genişləndirilməsində xidmətlərini xüsusi qeyd edən dövlətimizin başçısı Azərbaycandakı multikultural mühit və tolerantlıq ənənələrinə daim verdiyi yüksək qiymətə görə ona təşəkkür edib.

“İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında ümumbəşəri dəyərlərin təşviqi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlıq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir”, - deyə Azərbaycan Prezidenti məktubunda qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.