SİYASƏT


Azərbaycan Prezidenti parlament seçkilərində qələbə münasibətilə Almaniya Kanslerini təbrik edib

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Angela Merkeli başçılıq etdiyi Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı alyansının parlament seçkilərində qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edib. “Bu qələbə həyata keçirdiyiniz siyasətin Almaniya cəmiyyəti tərəfindən dəstəklənməsinin, şəxsən Sizə bəslənən inam və etimadın ifadəsidir”, - deyə dövlətimizin başçısı məktubda bildirir.

Məktubda deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Almaniya arasındakı dostluq münasibətlərinin, siyasi, iqtisadi və humanitar əlaqələrimizin daha da möhkəmlənməsi və genişlənməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik”.

Prezident İlham Əliyev Kansler Angela Merkelə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.