SİYASƏT


Azərbaycan Prezidenti serbiyalı həmkarını milli bayram münasibətilə təbrik edib

Bakı, 14 fevral, AZƏRTAC 

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə Prezident Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Serbiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Prezident Aleksandar Vuçiçə möhkəm cansağlığı, işlərində uğurlar, Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.