Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidentinin “Figaro”ya müsahibəsi: Dövlət başçısı sərrast, dolğun və məzmunlu cavabları ilə növbəti dəfə ölkəmizin mövqeyini ortaya qoydu

Azərbaycan Prezidentinin “Figaro”ya müsahibəsi: Dövlət başçısı sərrast, dolğun və məzmunlu cavabları ilə növbəti dəfə ölkəmizin mövqeyini ortaya qoydu

Bakı, 24 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Sentyabrın 27-dən bu günə qədər davam edən qələbə dolu tarixi zəfər günlərimizdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr yaşadığımız qürur tariximizin özü qədər tarixidir. Azərbaycan Prezidenti öz müsahibələrində rəsmən bir qalib sərkərdə kimi hərbi–siyasi müstəvidə ordumuzun və diplomatiyamızın yolunu açır, onun irəliyə doğru maneəsiz hərəkət etməsi üçün bu müqəddəs yolu bir növ hərbi-strateji və diplomatik minalardan, tələlərdən təmizləyir. Beləliklə, milli diplomatiya tariximizin yeni əsaslarını və strategiyasını müəyyən edir. Həm də bunu təkcə milli diplomatiya tariximizə yazılacaq üslub və tərzdə deyil, dünya diplomatiya tarixinə yazılacaq səviyyədə edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat deyib: “Sonuncu belə nümunə Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə verdiyi müsahibədir. Müxbirin təxribatçı, sətiraltı məzmunlu, riyakar, çaşdırıcı suallarına Prezident İlham Əliyev elə səbir, təmkin və iti siyasi-diplomatik zəka ilə cavab verirdi ki, mən sanki hər dəqiqəsi qol vəziyyəti olan maraqlı bir futbol matçını izləyirdim və qurur duyurdum. Çünki bütün hallarda yaranmış mürəkkəb vəziyyət Prezident İlham Əliyevin mükəmməl kombinasiyalarından sonra bizim lehimizə qolla nəticələnirdi.

İndi isə qısaca olaraq şərh olunmasını vacib hesab etdiyim suallara diqqət edək ...Birinci sual “ev tapşırığı” idi. İnformasiya strategiyası baxımından ona hesablanmışdı ki, yenə futbol termini ilə desək, ilk dəqiqə qolu effekti yaratsın. Suala baxın.... Cənab Prezident, birinci sualım belədir, nəyə görə siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?... Prezident tərəfindən verilən cavab sarsıdıcıdır, həm sual və onun məntiqini alt-üst edir, həm də gözəl əks –hücum vəziyyəti yaradır. Diplomatiyanı şahmatla müqayisə edənlər buna maneənin üzərindən atlamağa imkan verən atla hücum taktikası deyirlər. “Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi... Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik”. Bu cavabda ən azı üç məsələ var. Birincisi, Dağlıq Qarabağ iqnor edilir... “Ermənistan Azərbaycana qarşı hücuma keçdi” deyilir. İkincisi, hücumun nəticəsində mülki şəxslərin qurbana çevrilməsi qeyd edilməklə diqqət erməni terroruna çəkilir, üçüncüsü, deyilir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazilərini bərpa edir və edəcək. Nə qədər sərrast, dolğun və məzmunlu cavabdır. Görünür fransalı müxbir o qədər qərəzlidir ki, ya da lap deyək ki, məlumatsızdır ki, başa düşmür bir ölkə öz legitim ərazisinə qarşı, öz torpağına qarşı necə hücuma keçə bilər və burada hansı siyasi məqsəddən söhbət gedə bilər. Bu sualı verən zehniyyət, “biz Qarabağın ikinci dəfə fəth olunmasına icazə verməyəcəyik” zehniyyətidir. Ona görə də müxbirin bu sualı nə məlumatsızlıqdan, nə qərəzlilikdən irəli gəlirdi. Bu sual əvvəlcədən siyasi mətbəxdə hazırlanmış xüsusi missiyalı təxribatçı sual idi. Ancaq məqsədinə çatmadı. Başqa bir sualda isə hətta hədələyici ton var idi. Sual belə idi: Bu, mənim sonuncu sualımdır. Cənab Prezident, Siz qorxmursunuz ki, bir müddətdən sonra Türkiyə Prezidenti Ərdoğan Şimali Kipr məsələsinə diqqətini cəmləmək üçün öz dəstəyini və Qafqazdakı siyasətini dayandırar?... Bu sualın sətiraltı məzmunu ondan ibarətdir ki, Fransa hazırda Aralıq dənizində maksimum ziddiyyətlər yaratmaqla mümkün müharibə perspektivlərini nəzərdən keçirməyə çalışır və ciddi müttəfiqlər axtarışındadır. Kipr adası ətrafında bu ssenari baş tutarsa Türkiyə müharibəyə cəlb edilə bilər və onda Azərbaycan yaddan çıxa bilər, ya da Türkiyənin siyasi dəstəyi indiki qədər olmaz. Başqa bir ssenaridə isə ola bilsin ki, “Aralıq dənizində vəziyyəti gərginləşdirib Türkiyəyə yalnız Qafqazdan çəkiləcəyi təqdirdə Ağ dənizdə vəziyyəti normallaşdıra bilərik” şərti qoyula bilər. Beləliklə, Türkiyə sizə olan dəstəyini çəkər. Onda siz nə edərsiniz. Yaxşısı budur bütün bunları bəri başdan nəzərə alaraq geri çəkilin. Şübhə etmirəm ki, bu sual, sadəcə, bir müxbirin hazırladığı sual deyildi. Toxunmadığım digər bütün başqa suallar kimi bu sual da Fransa siyasi-diplomatik strateqlərinin hazırladığı sual idi. Ancaq Prezident İlham Əliyevin mükəmməl siyasi-diplomatik zəkası qarşısında bircə anın içərisində fiaskoya uğradı. Cavab belə idi: “Türkiyə və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımız bir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. ...Bu, birincisi. İkincisi, demək istəyirəm ki, biz döyüş meydanında nə ediriksə özümüz edirik. Bəli, müasir silahlarla, müasir avadanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir. Bizim Türkiyə ilə münasibətimizin böyük tarixi və daha da parlaq gələcəyi var. Zənnimcə, Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi bu prosesə cəlb edilmək üçün legitim hüququ var. Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Beynəlxalq hüquq deyir ki, bizim ərazilərimiz işğal altındadır. Beləliklə, o, nəyi səhv edir? O, sadəcə olaraq, beynəlxalq hüququn təmin olunmasını tələb edir. Ermənistan bunu etmək istəmir. Ermənistan Livandan erməniləri qanunsuz köçürməklə, azərbaycanlılara qarşı hərbi əməliyyatlarla, bizim tarixi və dini irsimizi dağıtmaqla 30 ildən çoxdur ki, torpaqlarımızı işğal altında saxlamaq istəyir. Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq”.

Əlbəttə, bundan daha mükəmməl cavab ola bilməzdi. Bu cavabda həm Türkiyə- Azərbaycan qardaşlığının dünəni, bu günü və gələcəyi, həm şanlı Azərbaycan Ordusunun gücü, həm də gələcək diplomatik danışıqlarda və regionun postmüharibə dövründə Türkiyənin rolunun qiymətləndirilməsi və onun vacibliyi var idi. Azərbaycan Prezidenti İlham Əliyevə verilən bütün suallar həm də postmüharibə dövründə Azərbaycanın mövqeyinin və bu dövrdə ermənilərin vəziyyətinin necə olacağı haqqında təsəvvürlərin öyrənilmsi xarakteri daşıyırdı. Bu isə o deməkdir ki artıq bütün dünya Azərbaycanın öz ərazi bütövlüyünü qısa müddətdə bərpa edəcəyini anlayır, onun gücünü qəbul edir və artıq gələcək yeni mərhələdə yeni şərtlərdəki münasibətlər haqqında düşünür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı