CƏMİYYƏT


Azərbaycan Prezidentinin Münxendəki debatda diplomatik qələbəsi DSX-nin şəxsi heyəti arasında geniş təbliğ olunur

Bakı, 22 fevral, AZƏRTAC

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən debatda dövlətçiliyimizin növbəti diplomatik qələbəsinin təbliğ edilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər təşkil olunur.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq auditoriya qarşısında Ermənistanın baş nazirinə yüksək diplomatiya və erudisiya ilə beynəlxalq hüquq normalarına və tarixi faktlara əsaslanmaqla, problemlərə dəqiq və konseptual yanaşma tərzi ilə aşkar üstünlük nümayiş etdirməsi fəal şəkildə təbliğ olunur.

Müzakirələrdə çıxış edən deputatlar, elm xadimləri, ictimaiyyətin nümayəndələri həmin debatda dövlətçiliyimizin gücünü, nüfuzunu və qüdrətini beynəlxalq səviyyədə yüksəklərə qaldıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli və məharətli çıxışı zamanı erməni faşizminin törətdiyi Xocalı soyqırımının məsuliyyətindən yayınmaq cəhdlərini ifşa edərək işğalçı dövlətin rəhbərini çıxılmaz və aciz duruma saldığı xüsusi vurğulanıb. Bununla yanaşı, səlahiyyətli beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, xalqımızın fundamental haqlarının, dövlətimizin ərazi bütövlüyünün bərpası üçün təzyiqləri artırmağa israrla tələb etməsinin hər bir sərhədçinin döyüş ruhunun və mübarizə əzminin daha da yüksəlməsinə səbəb olması fəxrlə qeyd edilib.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı canlı debatın videoyazısı şəxsi heyətə nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.