SİYASƏT


Azərbaycan Prezidentinin Zəngilan və Cəbrayıl rayonlarına səfəri İran mətbuatının diqqət mərkəzində olub

Tehran, 28 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 27-də erməni işğalından azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfəri İran mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, materiallar Azərbaycan Prezidentinin “Azərbaycan-İran sərhədi dostluq sərhədidir” sərlövhəsi ilə dərc olunub.

İranın “Entekhab.ir”, “Tabnak.ir”, “İrib news.ir”, “Fars news.ir”, İRNA və digər saytlarda yayılan materiallarda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Xudafərin körpüsünü İran ilə Azərbaycanın dostluq rəmzi adlandırıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi regionda yeni siyasi reallıqlar yaradıb. İran ilə sərhəd rayonların işğaldan azad edilməsi iki qonşu və dost ölkə arasındakı iqtisadi əlaqələrin inkişafına stimul verəcək. İlk növbədə, iki ölkənin regionları arasında ticarət əlaqələri qurulacaq və xalqların sosial vəziyyəti daha da yaxşılaşacaq.

İran mətbuatı yazır ki, işğal zamanı Azərbaycanın İranla sərhədə yerləşən rayonları dağıntılara məruz qalıb. Prezident İlham Əliyev azad edilən rayonları tezliklə bərpa edib canlandırmaq istəyir ki, bu da İran üçün əlverişlidir. Vurğulanıb ki, İran bu rayonlara çox yaxın məsafədə yerləşir və burada aparılan quruculuq-bərpa işlərində İran şirkətləri də iştirak edə bilərlər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.