Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına geniş müsahibə verib VİDEO

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına geniş müsahibə verib VİDEO

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına geniş müsahibə verib.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi TRT WORLD-ün müxbirinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, azərbaycanlı əsir və girovların azad edilməsi məsələsində Ermənistanın Azərbaycanla və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq və işləmək niyyəti varmı sualının cavabında bildirib ki, Ermənistan artıq 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşayır. BMT Təhlükəsizlik Şurası işğala son qoyulması, Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtması barədə 4 qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatların da bu cür qərar və qətnamələri var. Lakin Ermənistan beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymur, Azərbaycanın torpaqlarını işğal altında saxlamaqda davam edir. Bunun da səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır. Ermənistan bu ikili standartlardan istifadə edərək beynəlxalq təşkilatların, o cümlədən bu münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun qərarlarına əməl etmir. Münaqişənin sülh yolu ilə həllinə dair Azərbaycanın dəyişməz mövqeyi ondan ibarətdir ki, ölkənin ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Əsir və girovlarla bağlı məsələyə gəldikdə, deməliyəm ki, minlərlə azərbaycanlı hələ də Ermənistanda əsirlikdədir. Azərbaycan bütün əsirləri qaytarsa da, Ermənistan azərbaycanlı əsir və girovları qaytarmaq istəmir. Ermənistan bu məsələdə də beynəlxalq təşkilatların tələblərinə əməl etmir.

Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığı, onların ehtiyaclarının necə ödənildiyi barədə sualı cavablandıran Əli Həsənov deyib ki, dövlətimiz 30 ilə yaxındır bu qəbildən olan insanların problemlərinin həlli ilə məşğuldur. Dağlıq Qarabağ müharibəsi başlayanda Azərbaycanın 8 milyon əhalisi var idi. Münaqişə nəticəsində əhalimizin hər 8 nəfərindən biri öz doğma yurdundan didərgin düşüb. Onlar çadır şəhərciklərində, yataqxanalarda, uşaq bağçalarında, dəmir yolu vaqonlarında yerləşmişdilər. Azərbaycan hökuməti bu qəbildən vətəndaşlarının sosial-məişət problemlərini həll etmək üçün mühüm qərarlar qəbul etdi və uğurla yerinə yetirdi. Çadır şəhərcikləri ləğv edildi, yeni qəsəbələr salındı, qaçqın və məcburi köçkünlər mənzillə təmin olundu. Bizim bu qəbildən vətəndaşlarımızın bir istəyi var – doğma yurdlarına qayıtmaq. Onlar inanırlar ki, tezliklə bu arzularına qovuşacaqlar. Əlbəttə, bu, belə də olacaq. Azərbaycan işğal olunmuş ərazilərindəki şəhərləri, kəndləri, infrastrukturu bərpa edəcək. Amma ən ağrılı məsələ insanların həyatlarını itirmələridir. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı şəhəri yerlə-yeksan edilib, tarixi, mədəni, dini abidələrimiz dağıdılıb, Xocalının 613 sakini bir gecədə məhv edilib.

Müxbirin cəbhə xəttində atəşkəsin tez-tez pozulduğunu, 2016-cı ilin apreldə də hərbi qarşıdurmanın və həmin döyüşlərdə Azərbaycan ordusunun uğurlu əməliyyatlarının şahidi olduğumuzu, Ermənistan hakimiyyətinin danışıqlar prosesindən boyun qaçırdığını nəzərə alsaq, yeni hərbi qarşıdurmanın başlanması təhlükəsi ehtimalı barədə nə deyə bilərsiniz sualını cavablandıran Prezidentin köməkçisi bildirib ki, qoşunların təmas xəttində hər an qarşıdurma baş verə və bu da hər an müharibəyə çevrilə bilər. Ermənistan hər gün atəşkəsi pozur, işğal etdiyi yüksəkliklərdən kəndlərimizi, dinc sakinlərimizi atəşə tutur. 2016-cı ilin aprelində də belə oldu. Ermənistan ordusu strateji yüksəkliklərdən yaxınlıqdakı kəndləri atəşə tutdu. Azərbaycan Ordusu məcbur olub əks-hücuma keçdi və böyük uğur qazandı. İnsanlar öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıtmaq istəyirlər. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan dövləti öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan Ordusu buna tam hazırdır. Aprel döyüşləri ordumuzun gücünü göstərdi. Təəssüflər olsun ki, Azərbaycana qarşı bu savaşı təkcə Ermənistan həyata keçirmir, bunun arxasında həm də çox güclü erməni lobbisi, həmçinin bəzi beynəlxalq güclər, erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələr, siyasətçilər dayanırlar.

Azərbaycan öz haqq işini müdafiə etmək, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylər göstərir. Artıq bir çox uğurlarımız da var. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Biz bu işi o vaxta qədər davam etdirəcəyik ki, Ermənistan Xocalı soyqırımı zamanı törətdiyi vəhşiliklərə görə Azərbaycan xalqından üzr istəsin.

Müsahibədə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə toxunan Əli Həsənov qeyd edib ki, bütün məsələlərdə qardaş ölkələrimiz daim bir mövqedən çıxış edir. Bilirsiniz ki, Türkiyənin də bölgədə çoxlu problemləri var. Türkiyə həm daxildə, həm də sərhədləri boyunca terrora qarşı mübarizə aparır. Türkiyə müsəlman ölkəsi olduğu üçün Avropada və dünyada ona qarşı bəzi ədalətsiz addımlar atılır. Azərbaycan da eyni hala məruz qalır. Buna görə də biz Türkiyə ilə bərabər bu problemlərin öhdəsindən birlikdə gəlməliyik. Nə Türkiyə, nə də Azərbaycan dünyada heç bir dövləti hədələmir, nə də dünyanın heç bir ölkəsinin torpaqlarında gözü yoxdur. Eyni zamanda, bu iki dövlət öz ərazi toxunulmazlığını, müstəqilliyini və təhlükəsizliyini heç kimə güzəştə getmək niyyətində deyil. Həm Türkiyə, həm də Azərbaycan regionda və dünyada sülhün bərqərar edilməsinə çalışır. Hər iki dövlət bu sahədə nailiyyətlər əldə edib. Təkrar edirəm, qardaş ölkələrimizin birliyi heç bir başqa ölkənin ərazi bütövlüyünü pozmağa, daxili işlərinə qarışmağa yönəlməyib. Bizim birliyimiz bölgədə və dünyada sülhə, inkişafa və insanlar arasında əmin-amanlığa xidmət edir.

Azərbaycanın balanslaşdırılmış siyasət yürütdüyünü vurğulayan Əli Həsənov bildirib ki, bu siyasətin təməlini ulu öndər Heydər Əliyev qoyub. Prezident İlham Əliyev bu siyasəti müasir dövrün çağırışlarına uyğun olaraq davam etdirir. Azərbaycan öz qonşuları ilə münasibətlərində ortaq maraqlar tapmağa çalışır. Biz öz siyasətimizi bu istiqamətdə davam etdiririk.

Artıq Azərbaycanın qlobal mövqeyi Avropada daha aydın görünməyə başlayıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan bir sıra qlobal enerji və nəqliyyat layihələrinin müəllifidir. Azərbaycan logistik mərkəzə çevrilib. Bakı-Tbilisi-Ceyhan, neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP layihələri məhz Azərbaycanın təşəbbüsü və dostlarının dəstəyi ilə reallaşıb. Biz Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə ilə birgə tikmişik. Biz Şərq ilə Qərbi dəmir yolu ilə birləşdirməyə nail olmuşuq. Əgər yüklər Çindən Avropaya 35-40 günə çatdırılırdısa, bu, indi yalnız 14 gün çəkəcək. İndi Azərbaycan İran və Rusiya ilə eyni qaydada dəmir yolu çəkir. Azərbaycan bu yolların mərkəzində yerləşir. Biz Azərbaycanın dünyanın mərkəzi olmasını istəyirik. Bütün bu nailiyyətlərə Azərbaycan son 20 ildə nail olub.

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müxbirin sualını cavablandıran Əli Həsənov bildirib ki, biz müstəqillik illərində 15 seçki keçirmişik - beş prezident, beş parlament və beş bələdiyyə seçkisi. Seçkilərlə bağlı ölkəmizin yaxşı təcrübəsi var. Azərbaycan növbəti prezident seçkilərini də şəffaf və demokratik keçirməyə nail olacaq. Seçkiləri izləmək üçün beynəlxalq müşahidəçilər dəvət olunub.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına geniş müsahibə verib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin idarə heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib