Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidentinin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu

Azərbaycan Prezidentinin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı dünyanın aparıcı kütləvi informasiya vasitələrində geniş təhlil olunmaqdadır. Mətbuat konfransının məhz Xocalı soyqırımının anım günündə keçirilməsi xüsusi məna daşıyırdı. Dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətini bir daha soyqırımı faktına yönəltməklə bildirdi ki, Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Prezident bölgədə formalaşan yeni reallıqlar baxımından kifayət qədər uğurlu keçən mətbuat konfransında jurnalistlərin bütün suallarına dəqiq və tutarlı arqumentlərlə cavab verərək nüfuzlu xarici media orqanlarının diqqətini daha çox Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə yönəldib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Millət vəkili bildirib ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Türkiyə dövləti sülhə və sabitliyə hesablanmış davranış nümayiş etdirərək haqq işində Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərib. Dövlətimizin başçısı mətbuat konfransında türkiyəli jurnalistin suallarını cavablandıraraq bildirib ki, Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə olduqca müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis Azərbaycana ezam edilməsi, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da əhəmiyyətli addım sayılmalıdır.

Türkiyə ilə Azərbaycanın maddi-texniki əməkdaşlığının daha da güclənməsindən söz açan Ağalar Vəliyev onu da diqqətə çatdırıb ki, qardaş ölkədən xeyli sayda mina təmizləmə texnikasının alınıb gətirilməsi minaların qısa zamanda zərərsizləşdirilməsini və dinc quruculuq mərhələsinin başlanmasını təmin edəcək. 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən nəqliyyat dəhlizinin açılması barədə olub. Regionun gələcək inkişafı və inteqrasiya layihələrinin icrası üçün unikal kommunikasiya imkanları yaradan bu dəhlizin işə düşməsi ilə Avrasiyanın yeni bir nəqliyyat damarı açılacaq.

Regional əməkdaşlıq layihələrinə qoşulmaqla bağlı müsbət yanaşma nümayiş etdirərsə, o zaman Ermənistan da regional proseslərin iştirakçısına çevrilə bilər. Bu gün Ermənistan bütün resurs imkanlarından məhrum olmuş və küncə sıxılmış vəziyyətdədir. Bu dövlətin özünü bərpa etməsi yolu Azərbaycan və Türkiyə ilə qarşılıqlı əməkdaşlıqdan keçir.

Deputat vurğulayıb ki, Qarabağın bərpa-yenidənqurma işlərində Türk şirkətləri yaxından iştirak edəcəklər. Bununla bağlı mətbuat konfransında geniş söz açan Prezident bildirib ki, Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətə başlayıblar. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə uzanan yolun çəkilişinə də türk şirkətləri cəlb ediliblər. Türkiyə şirkətləri indiyəcən Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan müxtəlif inşaat layihələrində iştirak ediblər.

Ağalar Vəliyev qeyd edib ki, Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq daha da genişlənəcək. İndi bütün dünya müharibə dövründə Türkiyə müdafiə sənayesinin keyfiyyətindən və Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycanda məharətlə istifadə edilməsindən danışır. Təsadüfi deyil ki, bu da Azərbaycanın Vətən müharibəsində böyük üstünlüyünü təmin edib. Bu gün Azərbaycan Türk Ordusunun kiçik modelini yaratmaq əzmindədir və bunun üçün 10 dəfədən çox ortaq hərbi təlimlərin keçirilməsi təmin olunub.

Milli Məclisin deputatı onu da söyləyib ki, hər zaman Azərbaycanın yanında olan Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcərin işğalından sonra bağlamaqla qardaşlıq nümunəsi göstərdi və bu mətbuat konfransında xüsusi qeyd olunub. Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmayacaq və bunu Türkiyə özü müəyyən edəcək. Zəngəzur dəhlizinin işə düşməsi reallaşdırılarsa, bu təqdirdə Türkiyə-Ermənistan sərhədi də açılacaq.

Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkürünü bildirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, regionun davamlı sabitliyi üçün bütün ölkələr arasında münasibətlərin normallaşdırılması və qarşılıqlı əməkdaşlığın qurulması zəruridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Roma Papası: Aralıq dənizi nəhəng qəbiristanlığa çevrilib

Kolumbiyanın aparıcı telekanalında Azərbaycan Ordusunun antiterror tədbirləri barədə geniş süjet yayımlanıb

Avropa Komissiyası qeyri-qanuni immiqrasiya ilə mübarizənin gücləndirilməsi üçün Tunisə 127 milyon avro yardım ayıracaq

COVID-19 pandemiyası zamanı gənclərdə şəkərli diabet xəstəliyi artıb

Alimlər biləkdən ölçülən temperaturla xəstəliyə diaqnoz qoymağın mümkün olduğunu bildirirlər

Səkkiz ayda 353 milyon dollar dəyərində plastmas və ondan hazırlanan məmulatlar idxal edilib

Papa Fransisk Fransada apostol səfərindədir

Depressiya diqqəti azaldır, qərar qəbul etməyə mane olur

İtaliyanın Siciliya adasında meşə yanğınları davam edir

Vyanada keçirilən mədəniyyət həftəsində Azərbaycan milli geyimləri təqdim olunub

Serbiyalı nazir: Rusiyanın Ukraynaya hücumunu pisləyirik

BMT rəsmisi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı təşəbbüslər barədə məlumatlandırılıb

Qara metal və ondan hazırlanan məmulatların idxalı artıb

ABŞ dövlət katibinin müavini nüvə silahına malik olan ölkələri sınaqlardan çəkinməyə çağırıb

Ceyhun Bayramov İƏT və ASEAN üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin 15-ci Birgə İclasına sədrlik edib

Robert Menendez ABŞ Senatının komitə rəhbəri vəzifəsindən istefa verib

Corcio Napolitano üçün İtaliya Senatında cənazə otağı qurulacaq

Qırğızıstanda Türk Əməkdaşlıq Təşkilatlarının ortaq layihəsi təqdim olunub

Daxili İşlər Nazirliyi özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntüləri ilə bağlı açıqlama yayıb

Hansı hallarda vergi orqanı bazar qiyməti tətbiq edə bilər?

Türkiyənin xarici işlər naziri ABŞ-ın Dövlət katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Üçqat dünya çempionu: Medalımı Azərbaycan hərbçilərinə həsr edirəm

“Gaceta UNAM”: Azərbaycan Avrasiya regionunun enerji xəritəsini dəyişərək, mühüm nəqliyyat və enerji mərkəzinə çevrilib

Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarı ilə bölgədəki son vəziyyəti müzakirə edib

Pakistan Azərbaycanın ərazi bütövlüyünü və suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyir

Göyçayda şəhid ailələri ziyarət edilir

Naxçıvan üzrə 4691 obyektdə uçot məlumatlarının dürüstləşdirilməsi aparılıb

Azərbaycan və UNAOC arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Rusiya Hökumətinin kvotası üzrə təhsil almaq məqsədilə müraciət edənlər üçün məsləhətləşmələr keçirilib

Azərbaycanın iki güləşçisi dünya çempionu olub, biri gümüş medal qazanıb

İtaliyanın keçmiş prezidenti vəfat edib

Azərbaycanın xarici işlər naziri albaniyalı həmkarı ilə görüşüb

Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsində mühüm təşəbbüslərlə çıxış edir - ŞƏRH

Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatı və Birinciliyinin təntənəli açılış mərasimi keçirilib

Ulu Öndərin qəbul etdiyi strateji qərarlar Azərbaycanın bugünkü inkişafına zəmin yaradıb

İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Ceyhun Bayramov “77-lər Qrupu” və JCC-nin xarici işlər nazirləri səviyyəsində iclasına həmsədrlik edib

Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir

Finlandiya şirkətləri Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət olunub

Uqandanın vitse-prezidenti: Azərbaycanın Qoşulmama Hərəkatının nüfuzunun artırılması istiqamətində göstərdiyi səylər təqdirəlayiqdir

Ədliyyə Nazirliyi tərəfindən cinayətkarlıqla mübarizədə səmərəli beynəlxalq əməkdaşlıq davam etdirilir

Türkiyəli general: Azərbaycan artıq oyun qaydalarını özü diktə edən dövlətə çevrilib ŞƏRH

Metyu Brayza Ermənistanın xarici işlər nazirinin BMT-nin Təhlükəsizlik Şurasının iclasındakı demarşından danışıb

Zaqatalada yol qəzasında piyada ölüb

Ceyhun Bayramov: Türk birliyini hədəf alan bütün məkrli təhdidlərə qarşı mübarizə aparmaq üçün birlikdə olmaq vacibdir

Qarabağdakı erməni sakinlər üçün ərzaq məhsulları və gigiyenik vasitələr aparan avtomobillər yükü boşaldaraq geri qayıdıb

Dünya mətbuatı Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlamaqda davam edir

Politoloq: Azərbaycan regionda siyasi, iqtisadi və hərbi baxımdan böyük gücə sahibdir

Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan DİN: Xankəndi şəhərində qəsdən yanğınlar törədilir VİDEO

Qarabağ bölgəsində erməni silahlı birləşmələrindən müsadirə edilmiş döyüş texnikası, silah və sursatlar VİDEO

Şeyxülislam: Azərbaycan-İraq əlaqələrində yeni dövr başlayır

Ümumdünya Kosmos Həftəsi çərçivəsində müzakirələr keçiriləcək

® “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu

Milli Məclisdə Asiya Parlament Assambleyası çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Naxçıvanda vətəndaşları qəbul edib

Gürcüstanda avtomobil yanacağının qiyməti yenidən bahalaşa bilər

Prezident İlham Əliyev xalqa müraciətində Cənubi Qafqazın sülh və inkişaf konsepsiyasını açıqladı - Deputat

ISESCO-nun sabiq Baş direktoru antiterror tədbirlərində qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib

AQTA Argentinadan məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

Ermənilərin “böyük Ermənistan” xülyası məğlubiyyətə düçar oldu – AÇIQLAMA

Yaşar Nəcəfov: Mənim üçün gözlənilən bir qələbə oldu

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək

Nikol Paşinyan: Bəzi qüvvələr İrəvanda qan tökmək istəyir

Qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsinə dair müzakirələr aparılıb

ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycridən

Fransada polis zorakılığına qarşı aksiyada 30 min nəfərin iştirakı gözlənilir

“Taxt Oyunları” formatlı kiberyarışın qalibi “Cyber Yashma” komandası olub

İqtisadiyyat nazirinin müavini Naftalanda vətəndaşlarla görüşüb

Saxta kampaniyalar və passiv gəlir əldə etməklə bağlı mesajlara qarşı diqqətli olun – Xəbərdarlıq

Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramları təqdim olunub

Yaşar Nəcəfov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

“Bakı Təşəbbüs Qrupu” tərəfindən BMT-də Fransa müstəmləkəçiliyi ilə bağlı müzakirələr təşkil olunub VİDEO

Binə qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir başa çatıb

İcma: Bu gedişlə Aİ Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesindən tam kənarda qalacaq

Sentyabrın 25-nə olan USD/AZN rəsmi məzənnəsi

İtaliya saytları Prezident İlham Əliyevin xalqa müraciətini diqqətdə saxlayıb

“AzerGold” QSC: Cari il üzrə 62,5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb

İnnovasiya üzrə İşçi qrupun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim kursunu uğurla başa vuran iştirakçılara sertifikatlar verilib

2030-cu ilə qədər Türkiyənin turizmdən 120 milyard dollar gəlir əldə etməsi gözlənilir

Azərbaycanın bir sutkada qazandığı qələbə nadir tarixi hadisədir – gürcü politoloq

Akademik Zərifə xanım Əliyevanın biblioqrafik göstəricisi hazırlanıb

Şarl Mişel BMT-də təcili islahatlar aparmağa çağırıb

Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun iclası keçirilib

FHN-in Bakı Regional Mərkəzində tədbir: Milli tariximizin Heydər Əliyev dövrü tərəqqi və inkişaf mərhələsi olub

Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq

Azərbaycanda ilk dəfə "EKO Səfir Qızlar" proqramına qəbul başlayır

Erməni silahlılarının Tərtər rayonunun Canyataq yaşayış məntəqəsi yaxınlığında tərk etdiyi döyüş mövqeyi VİDEO

Azərbaycan-İndoneziya parlamentlərarası münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

“İrəvan” komandası üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

MAR-ın sabiq prezidenti ömürlük həbs cəzasına məhkum olunub

Qalib Sərkərdə qətiyyəti - ŞƏRH

Baş Prokurorluq: Şuşada baş verən mina hadisəsi üzrə araşdırma aparılır

Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib

Bakı yol polisi sürücülərə müraciət edib

Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub