Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi

Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da Xocalı soyqırımının 29-cu anım günündə 30-dan çox yerli və xarici media nümayəndələri üçün tarixi mətbuat konfransında 4 saatdan artıq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün 50-yə yaxın suala konkret faktlarla cavabları informasiya savaşında da əhəmiyyətli rol oynadı.

Prezident İlham Əliyev, ilk növbədə, Xocalı faciəsinin Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayət, soyqırımı kimi qiymətləndirərək, “Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın” - deyə söyləməklə prinsipial mövqeyini bir daha diqqətə çatdırdı: “Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq”.

Azərbaycan Prezidenti bildirdi ki, 1990-cı illərin əvvəllərində erməni lobbisinin güclü maliyyə dəstəyi ilə aparılan təbliğat sayəsində Ermənistan Dağlıq Qarabağ münaqişəsinin əsl səbəblərini təhrif edilmiş şəkildə dünya ictimaiyyətinə çatdırırdı, nəticədə, dünyada Azərbaycan xalqı ilə bağlı mənfi imic formalaşırdı.

Dövlət başçısı diqqətə çatdırdı ki, XX əsrin sonunda olduğu kimi, bu addımların təkrarını İkinci Qarabağ müharibəsində də gördük və Gəncəni, Tərtəri, Ağdamı, digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi bunu Azərbaycanın özü törətdiyini deyirdi: “Halbuki atılan ballistik raketlər peyk tərəfindən izlənilir və böyük dövlətlər, ilk növbədə, Minsk qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdilər. Ballistik raketlər Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə Ermənistan ərazisindən buraxılmışdır. Yəni, növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var”.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə obyektiv çatdırılmamasının digər səbəbi dünyanın bunu görmək istəməməsi idi və uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək: “Çünki birinci Qarabağ müharibəsi başlayanda demək olar əksər ölkələrdə belə bir təsəvvür var idi ki, Ermənistan haqlıdır, Azərbaycan haqsızdır. Ərazi bütövlüyü məsələləri kənara qoyulmuşdu. Ancaq xalqların öz müqəddəratını təyinetmə məsələsi ön plana çıxmışdı. Halbuki heç kim sual vermirdi ki, axı erməni xalqı öz müqəddəratını müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var. Nə üçün tarixi Azərbaycan torpağında ikinci Ermənistan dövləti yaradılmalıdır. Heç kim buna cavab verə bilmədi. Ona görə bu stereotiplər uzun illər davam etdi. Uzun illər ərzində bizə qarşı ədalətsizlik tətbiq olunurdu...Açıq-aydın olan həqiqətləri təsdiq etmək üçün, onları sübut etmək üçün görün biz nə qədər səy göstərdik. Stereotip isə belə idi ki, Ermənistan daim haqlıdır. Nə etsə də yenə də onlara haqq qazandırırdılar...Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq. Sizin bu gün Azərbaycanda olmağınız, bizim sözümüzü dünyaya çatdırmağınız, əlbəttə ki, haqq-ədalətin bərqərar olmasına böyük töhfə verir”.

Ermənistanın bu çoxsaylı beynəlxalq cinayətlərinin qarşılığında biz nəyin şahidi olduq? Otuz ildən artıqdır ki, erməni vandalizmi davam etdi. Təcavüzkara qarşı heç bir təzyiq olmadı, dünya birliyi, xüsusilə münaqişənin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupu Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşdı.

Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna ciddi xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də artıq heçə endirdi. Keçən müddət ərzində Minsk qrupu Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən ətraf 7 rayondan etnik təmizləməyə məruz qalmış və öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmadı. Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə etiraz edərək məsələnin yalnız Minsk qrupu çərçivəsində həll edilməsinə üstünlük verib, daha doğrusu, Azərbaycanın işğal edilmiş əraziləri terminini qəbul etməyiblər. Bu cür mövqe Ermənistanı daha da şirnikləndirməklə yanaşı, açıq formada olmasa da, mövcud işğal rejiminin qorunub saxlanılmasına yönəlmiş dəstək kimi qəbul edilməlidir.

Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, otuz il davam edən danışıqlar heç bir nəticə vermədi və Minsk qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfıra bərabər oldu. Eləcə də, son iki il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri özləri də bilmirdilər ki, nə işlə məşğul olsunlar, çünki Ermənistan baş nazirinin yersiz və çox təhlükəli bəyanatları onların fəaliyyətini də faktiki olaraq iflic etmişdi, mənasız etmişdi: “Əgər Ermənistan baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır və nöqtə”, ondan sonra hansı proses ola bilər, hansı danışıqlardan söhbət gedə bilər? Bu, əslində, Minsk qrupunun həmsədrlərini də çox çətin vəziyyətə saldı. Çünki onlar da buna hər hansı bir reaksiya verməli idilər. Faktiki olaraq son iki il ərzində danışıqlar aparılmırdı. Yəni, Azərbaycan bu məsələni təkbaşına həll etdi.”

“Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: “Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”.

Hər zaman, xüsusilə, Münhen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.

Bundan əlavə, Azərbaycan Prezidenti ermənilərin bir çox başqa yalanları kimi digər yalanını da ifşa edərək bir daha vurğuladı ki, Ermənistanın rəhbərləri və siyasətçiləri tarixdən xəbərsiz və əsassız olaraq Qafqaz Bürosunun Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olmasına qərar verdiyini iddia edirlər, eləcə də bu qərarın bəndi ilə həmişə manipulyasiya edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev tutarlı faktlarla bu saxta tezisi ifşa etdi. Həqiqətən də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyərək Ermənistanda sovet hakimiyyətinin elan edilməsindən dərhal sonra ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atdılar. Bununla da iki sovet respublikası arasında ixtilaflar artdığından 1921-ci il iyulun 4-5-də RK(b)P MK-nın Qafqaz bürosunun plenumu məsələni müzakirə etməli oldu. İyulun 5-də plenumun səhər iclasında Qarabağ məsələsinə yenidən baxıldı. Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq yeni qərar qəbul etdi: “Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyini, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqələri və daim Azərbaycanla sıx əlaqədə olmasını nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla, ona geniş vilayət muxtariyyəti verilsin”.

Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan tarixçilərinin və rəhbərliyinin dediyi kimi, əgər Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibində olsaydı, qərarda “Azərbaycan SSR-in hüdudlarında saxlanılsın” əvəzinə, “Azərbaycan SSR-ə verilsin” yazılardı. Nəticədə Qarabağ bölgəsinin dağlıq hissəsinə köçürülmüş ermənilərə 1923-cü il iyulun 7-də sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı status verilmiş və nəticədə bu hadisə Ermənistanın Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə olmuşdur.

Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Xüsusilə son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı.

Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çalmasını şərtləndirdi. Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi.

Azərbaycanın milli maraqlarını uca tutan, hərbi-diplomatik, tarixi Qələbəmizi reallaşdıran müdrik dövlət xadimi

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirirdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.

Azərbaycanın hərb meydanında tarixi Qələbəsini yüksək dəyərləndirən dünyanın bir sıra hərbi-siyasi ekspertlərinin fikirlərini Ukraynanın “İnter” telekanalının müxbiri də təsdiq etdi: “Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi üçün xüsusi əməliyyat mənim fikrimcə, həm hərbi texnologiyaların tətbiqi baxımından, ən başlıcası, dinc əhali və hərbçilər arasında tələfatın minimuma endirilməsi, həm də yeni hərbi texnologiyaların tətbiqi baxımından nümunəvi əməliyyat idi. Azərbaycan bütün dünyaya göstərdi ki, səngər müharibəsi artıq keçmişdə qalıb və mən əminəm ki, bu, bir çox hərbi məktəblərin dərsliklərinə daxil ediləcək”.

Bu baxımdan, bir sıra aparıcı beynəlxalq KİV-lərə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırıb, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin zəfər çaldığını göstərdi. Prezident İlham Əliyevin həm Vətən müharibəsinin gedişi dövründə, həm də fevralın 26-da keçirilən geniş mətbuat konfransında tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan məntiqli fikirləri dünyanın aparıcı KİV-lərinin gündəmində, əsas xəbər başlıqlarında yayılaraq Azərbaycan həqiqətləri bütün dünyaya çatdırıldı.

Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də qələbə qazandıq. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək VİDEO

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO