CƏMİYYƏT


Azərbaycan Prezidentinin rəhbərliyi ilə reallaşdırılan islahatlar dövlət orqanlarının fəaliyyətinin səmərəliliyini yüksəldib

Bakı, 20 may, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasi, iqtisadi və struktur islahatları nəticəsində idarəçilik mexanizmi təkmilləşdirilib, şəffaflıq tam təmin olunub, vətəndaşların həyatında da mühüm dəyişikliklər baş verib.

Bunu politoloq Ramiz Alıyev AZƏRTAC-a açıqlamasında bildirib.

Bu islahatlar nəticəsində dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, müasir kadr potensialının gücləndirilməsi, korrupsiya, rüşvətxorluq, bürokratiya və süründürməçilik hallarının aradan qaldırılması ilə bağlı mühüm institusional və sistem xarakterli tədbirlərin həyata keçirildiyini vurğulayan politoloq bu baxımdan “ASAN xidmət”in nümunəvi fəaliyyətini vurğulayaraq deyib: “Prezident İlham Əliyevin ideyası əsasında yaradılan və bu gün dünyada Azərbaycan brendi olaraq tanınan “ASAN xidmət” mərkəzləri demək olar ki, dünyanın inkişaf etmiş ölkələrinin də təqdir etdiyi unikal sistemdir. “ASAN xidmət” mərkəzlərinin yaradılması nəticəsində korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı, süründürməçilik halları əhəmiyyətli şəkildə azalıb və vətəndaş məmnunluğu tam təmin olunub. Bütün bunlar idarəçilik sistemində böyük inqilabi dəyişiklikdir. Dövlətimizin başçısının iradəsi ilə yaxın illərdə demək olar ki, hər bir bölgədə “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək, vətəndaşlarımız dövlət xidmətlərindən rahat və yüksək səviyyədə yararlanacaqlar. Hesab edirəm ki, korrupsiyanın və rüşvətxorluğun aradan qaldırılması, məmur özbaşınalığına son qoyulması, vətəndaşlarımızın məmnunluğunun daha da artırılması üçün institusional, sistem xarakterli tədbirlər davam etdiriləcək. “ASAN xidmət” mərkəzlərinin əhatə dairəsinin genişləndirilməsi, yeni mərkəzlərin inşası bu sahədə islahatların davamlı olacağını deməyə əsas verir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.