SİYASƏT
Azərbaycan Prezidentinin xarici KİV-lərə müsahibələri Gürcüstan mətbuatının diqqət mərkəzindədir
Tbilisi, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrin KİV-lərinə müsahibələri Gürcüstan mətbuatının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, report.ge, 24news.ge, pia.ge, news.ge, aktual.ge və daha bir neçə sayt Azərbaycan Prezidentinin Ermənistanın işğalçılıq siyasəti, region ölkələri üçün yaratdığı təhlükələr, Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının uğurlu nəticələri barədə fikirlərini yayıblar.
Bu məlumatlar oxuculara Azərbaycan, rus, ingilis və gürcü dillərində təqdim olunur.
Ümumilikdə oktyabrın 15-də və 16-da Azərbaycan Prezidentinin fikirləri ilə bağlı Gürcüstan oxucularına 20-dən çox material yayılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi