CƏMİYYƏT


“Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 2017-ci il üzrə üçüncü nömrəsi çapdan çıxıb

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 2017-ci il üzrə üçüncü nömrəsi çapdan çıxıb. Jurnalın üçüncü nömrəsi cari ilin iyul-sentyabr aylarını əhatə edir.

AZƏRTAC xəbər verir ki, jurnal Azərbaycan Prezidenti İlham Əliyevin “Biz haqq yolundayıq. Bugünkü Azərbaycan, bugünkü Azərbaycan reallıqları, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, inkişaf, tərəqqi, vətəndaş həmrəyliyi, bax, bizim böyük dəyərimizdir və bunu Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına əldə edib” sözləri ilə başlayır.

Nəşrin “İctimai-siyasi tədbirlər”, “Rəsmi tədbirlər”, “Təhlillər, təkliflər”, “İctimaiyyətə hesabat”, “Beynəlxalq əlaqələr” və “Hüquqi aktlar” bölmələrində maraqlı məlumatlar əksini tapıb.

Jurnalın “İctimai-siyasi tədbirlər” bölməsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, həmçinin dövlətimizin başçısının Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki ilə bağlı xəbərlər yer alıb.

“Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib”, “Naxçıvan Muxtar Respublikası Prokurorluğunda kollegiya iclası keçirilib”, Baş Prokurorluğun nümayəndə heyəti Rusiya Federasiyası İstintaq Komitəsinin yaranmasının 10 illiyinə və Rusiya istintaq orqanlarının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib”, “Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işi daim diqqət mərkəzindədir” sərlövhəli yazılar Jurnalın “Rəsmi tədbirlər” bölməsində təqdim olunur.

“Təhlillər, təkliflər” bölməsində Azərbaycan Respublikası Baş prokurorunun müavini-hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin “Cinayət qanununun geriyə qüvvəsi ilə əlaqədar cinayət-prosessual hüquq münasibətlərinin tənzimlənməsinə dair bəzi məsələlər” sərlövhəli məqaləsi verilib. Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramovun “Sürücülük hüququnun məhdudlaşdırılmasının cinayət-hüquqi əhəmiyyəti barədə” məqaləsi həmin bölmədə oxucuların diqqətinə çatdırılır.

“İctimaiyyətə hesabat” bölməsində isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 2017-ci ilin birinci yarısında görülmüş işlərlə bağlı hesabatla çıxış edib və digər məlumatlar verilib.

Ümumilikdə nəşrdə Baş Prokurorluğun 2017-ci ilin iyul-sentyabr ayları ərzində fəaliyyəti dolğun işıqlandırılıb, keçirilən seminarlar, konfranslar, Baş prokurorluğun nümayəndə heyətlərinin səfərləri, eləcə də qurumun uğurlu beynəlxalq əlaqələri, qərarlar, hüquqi aktlar və digər mövzularda maraqlı məqalələr toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.