İQTİSADİYYAT


Azərbaycan–Qazaxıstan “Onlayn B2B Forum”u keçiriləcək

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 29-da “Caspian Energy Club” çərçivəsində beynəlxalq Azərbaycan–Qazaxıstan “Onlayn B2B Forum” keçiriləcək.

AZƏRTAC xəbər verir ki, forumda Azərbaycanın Qazaxıstan Respublikasındakı Ticarət Evinin Baş direktoru Hüseyn Cəbrayılov və Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin Baş Direktoru Rüfət Rzayev ticarət evlərinin fəaliyyəti haqqında məlumat verəcəklər. Forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və “KazakhExport” İxracat Sığorta Şirkətinin rəsmi nümayəndələri iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.