CƏMİYYƏT


Azərbaycan Qazaxıstan Xalqları Birliyi Gününə həsr olunmuş tədbirdə təmsil olunub

Bakı, 7 may, AZƏRTAC

Qazaxıstanın Türküstan şəhərində 1 May – Qazaxıstan Xalqları Birliyi Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan da təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin nəzdindəki Mədəniyyət Sarayında təşkil olunan tədbirdə Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin nümayəndələri iştirak ediblər.

Birliyin azərbaycanlı tələbələrlə birlikdə təşkil etdiyi Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini əks etdirən milli suvenirlər, geyimlər, milli mətbəximizə aid nümunələr və rəqslərimiz nümayiş etdirilib. Azərbaycan guşəsi tədbir iştirakçılarının və qonaqların marağına səbəb olub.

“Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin rəhbəri Ramilə Mustafayeva bildirib ki, Türküstan vilayətində və Qazaxıstanda zəngin mədəniyyətimizin təbliğ olunması istiqamətində səmərəli fəaliyyət göstərməkdə davam edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.