SİYASƏT


Azərbaycan-Qətər əlaqələrinin inkişafında medianın rolu barədə geniş fikir mübadiləsi aparılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Xəbər Agentliyinin (QNA) Baş direktoru Yusif İbrahim Əl-Maliki ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Qətər əlaqələri və bu münasibətlərin inkişafında medianın rolu barədə geniş fikir mübadiləsi aparılıb.

Səfir R.İsmayılov Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalı barədə həmsöhbətini məlumatlandırıb, münaqişənin tarixi və hüquqi aspektləri barədə ətraflı danışıb. Həmçinin Ermənistanın sentyabrın 27-dən bəri azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi terror əməlləri barədə geniş faktlar müvafiq fotomateriallarla birlikdə qarşı tərəfin diqqətinə çatdırılıb.

Görüşdə, həmçinin Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Qətər Xəbər Agentliyi (QNA) arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.